Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Vergi ödəyicisi çınqıl və qum istehsalı ilə məşğul olur. ƏDV qeydiyyatına alınan tarixdən qabaq mal qalığı təqdim edilərkən həmin mala ƏDV tətbiq edilməlidirmi?


Cavab

Vergilər Nazirliyindən bildirilib ki, sadələşdirilmiş vergi ödəyicisi ƏDV qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi ƏDV tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.

2019-12-06 | Vergilər | Baxılıb: 1611 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!