QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?

2019-06-14 | Kadr işi | 4802

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarında maliyyələşmə mənbələrindən asılı olaraq QHT-lərdə çalışan əməkdaşların əməkhaqqı məbləğlərinin vergiyə cəlb olunması ilə bağlı suallar yaranır. Çünki onların əksəriyyəti dövlət sektorundan maliyyə dəstəyi alaraq işlərini davam etdirirlər.

Məsələyə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov belə aydınlıq gətirib: "QHT-lərdə çalışan əməkdaşların əməkhaqqından gəlir vergisi üzrə güzəştlər verilərkən iki faktor mütləq qaydada diqqətdə saxlanılmalıdır. Birincisi, QHT-lərin dövlət mülkiyyətinə aid edilib- edilməməsi. QHT-lər ictimai birliklər və müqavilə formasında fəaliyyət göstərə bilirlər. İstənilən hüquqi və fiziki şəxs QHT təsisçisi ola bilər. Lakin burada bir istisna mövcuddur: hüquqi şəxslər dedikdə, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları –bələdiyyələr istisna təşkil edir. Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları tərəfindən yaradılan hər hansı dövlət müəssisəsi və ya təşkilatı QHT təsis edə bilər. Həmin qurumda dövlətin payı 51 faizdən artıq olduqda QHT-də çalışan əməkdaşlara gəlir vergisi üzrə güzəşt nəzərdə tutulmayıb. Yəni bu halda QHT-lər dövlət mülkiyyətli hesab edilir.

Digər bir faktor QHT-lərin maliyyələşmə mənbələri ilə bağlıdır. Əgər QHT-lərin maliyyələşməsində dövlət büdcəsi və ya dövlətə məxsus olan digər fondlar mövcuddursa, maliyyələşmənin mənbəyi dövlət vəsaitidirsə, bu halda da həmin QHT dövlət sektoruna aid edilir və orada çalışan əməkdaşlara gəlir vergisindən güzəşt nəzərdə tutulmur".

Mənbə: https://vergiler.az/news/taxes/2524.html

Kadr işi bölümünün son xəbərləri

2025-10-29 | Maaşdan DSMF-yə ödədiyimiz - Pul dəyişməyəcək
2025-10-28 | Azərbaycanda alimentin minumum məbləği ARTIRILIR
2025-10-27 | ƏMAS-da yenilik: digər sənədləri də e-qaydada imzalamaq olar
2025-10-21 | Noyabrda ardıcıl 4 gün - İŞ OLMAYACAQ
2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!