Mygov-un xidmətlərinin insan resursları proseslərində tətbiqi müzakirə edilib

2025-12-02 | Kadr işi | 65

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə “İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda informasiya sessiyası baş tutub.

Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.

Tədbirdə dövlət qurumları və özəl şirkətləri təmsil edən insan resursları rəhbərləri, kadr mütəxəssisləri və insan kapitalı üzrə ekspertlərdən ibarət 50-dən çox iştirakçı yer alıb.

Sessiyanın əsas məqsədi insan resursları idarəçiliyində rəqəmsal xidmətlərin rolunu gücləndirmək, mygov platformasının təqdim etdiyi imkanlar barədə praktiki məlumat verməkdir.

Tədbir zamanı insan resurlsarı proseslərinin rəqəmsallaşdırılması ilə təşkilatların İR heyətinin və vətəndaşların təcrübəsinin sadələşdirilməsi, eyni zamanda işə qəbul və iş zamanı müvafiq rəsmiləşdirmə prosesləri ilə bağlı “mygov” platformasının verdiyi töhfə müzakirə olundu və təkliflər dinləndi. Hazırda “mygov” vasitəsilə rəqəmsal formatda əldə oluna biləcək “Məhkumluq haqqında arayış”, “İş yerindən arayış”, sağlamlıq arayışı, hərbi bilet, diplom, nikah məlumatları, doğum şəhadətnaməsi və s. rəqəmsal sənədlərin təqdim olunması ilə bağlı mövcud rəqəmsal imkanlar barədə iştirakçılara ətraflı məlumatlar çatdırılıb. Bu xidmətlərin insan resursları proseslərində sürət, dəqiqlik və məlumat təhlükəsizliyi yaratması xüsusilə vurğulanıb.

Görüş çərçivəsində dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, rəqəmsal idarəetmənin inkişafı və insan resursları sahəsində innovativ yanaşmaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb.

İRİA və Azərbaycan HR İnstitutu gələcəkdə insan resursları sahəsində rəqəmsal bacarıqların artırılması və müasir həllərin tətbiqinə dəstək məqsədilə bu kimi təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.

Mənbə: https://apa.az/ikt/mygovun-xidmetlerinin-insan-resurslari-proseslerinde-tetbiqi-muzakire-edilib-928239

Kadr işi bölümünün son xəbərləri

2025-12-02 | Mygov-un xidmətlərinin insan resursları proseslərində tətbiqi müzakirə edilib
2025-10-29 | Maaşdan DSMF-yə ödədiyimiz - Pul dəyişməyəcək
2025-10-28 | Azərbaycanda alimentin minumum məbləği ARTIRILIR
2025-10-27 | ƏMAS-da yenilik: digər sənədləri də e-qaydada imzalamaq olar
2025-10-21 | Noyabrda ardıcıl 4 gün - İŞ OLMAYACAQ
2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!