Əcnəbilərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?

2019-05-13 | Kadr işi | 521

2019-cu il yanvarın 1-dən sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və yığım funksiyası dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Bu dəyişikliklə bağlı tez-tez səsləndirilən suallardan biri də ölkəmizdə yaşayan əcnəbi vətəndaşların sığorta öhdəlikləri ilə bağlıdır. Vergilər Nazirliyindən bildirilib ki, "Sosial sığorta haqqında" Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Bu siyahıda qanunla təsdiq edilmiş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olunur.

"Hasilatın pay bölgüsü haqqında" Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Eyni zamanda, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən "Hasilatın pay bölgüsü haqqında" Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

Mənbə: https://vergiler.az/news/economy/2154.html

Kadr işi bölümünün son xəbərləri

2019-09-20 | Məşğul şəxslər barədə məlumatların əldə olunması qaydası təsdiq olunub
2019-09-20 | AR Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir
2019-09-18 | Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatlar nə cür daxil ediləcək?
2019-09-18 | İş yerində təcrübə müqaviləsinin nümunəvi forması təsdiq edildi
2019-09-18 | Nazirlik işsizlər üçün sistem yaradır: Elektron müraciət mümkün olacaq
2019-09-18 | Bu ilin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
2019-09-11 | Kompensasiyadan gəlir vergisinin hesablanması qaydası
2019-09-09 | Əlilliyi olan şəxslərin iş yerlərinin standartları müəyyənləşdi
2019-09-06 | Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışı daxil ediləcək
2019-09-02 | İşçilərin minimum əməkhaqqı 250 manatdan az ola bilməz

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!