"Məşğulluq" altsistemi fəaliyyətə başlayacaq

2019-04-24 | Kadr işi | 384

Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsistemi fəaliyyətə başlayacaq. Nazirlikdən verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar məşğulluq mərkəzlərinə gəlmədən altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

"Məşğulluq" altsistemində qeydiyyatdan keçmək üçün "e-sosial" və ya "e-gov.az" portalı vasitəsilə sistemə daxil olmaq, "İşaxtaranlar" pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra "Fərdi məşğulluq" bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkün olacaq. Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Burada özüməşğulluq proqramı iştirakçılarının hər birinin şəxsi kabineti yaradılacaq.

Mənbə: https://vergiler.az/news/social/1891.html

Kadr işi bölümünün son xəbərləri

2019-07-21 | Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçini əvvəlki işlərinə bərpa etdirib
2019-07-21 | İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır
2019-07-13 | Beynəlxalq əmək standartları
2019-07-13 | Rayona işləməyə gedən bu şəxslərə - ƏLAVƏ ÖDƏNİŞLƏR VERİLƏCƏK
2019-07-13 | Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
2019-07-13 | Əmək pensiyalarının artırılması Milli Məclisdə son oxunuşda təsdiq edildi
2019-07-02 | Yeni proqramın həyata keçirilməsinə başlanılıb
2019-06-21 | 2020-ci il yanvarın 1-dən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq - Nazir
2019-06-20 | Minimum aylıq əməkhaqqının artırılmasının müəllimlərin maaşına təsiri
2019-06-14 | QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!