Nazir Sahil Babayev: Sosial müavinətlər artırılacaq

2019-02-15 | Kadr işi | 480

"Sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var. “Bu gün 80-ə qədər müavinət növü var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq".

Nazir vurğulayıb ki, müavinət alanlar 500 min nəfərdir: "Tələsik qərar da vermək olmaz, çünki bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırıq. Asiya Bankının, Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.

Qeyd edək ki, hal-hazırda sosial müavinətlərin məbləği aşağıdakı qanunvericilik aktı ilə müəyyən edilir:

Sosial müavinətlərin məbləğinin artırılması haqqında AR Prezidentinin Fərmanı

Mənbə: https://report.az/sosial-mudafie/nazir-sahil-babayev-sosial-muavinetler-artirilacaq/

Kadr işi bölümünün son xəbərləri

2019-06-21 | 2020-ci il yanvarın 1-dən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq - Nazir
2019-06-20 | Minimum aylıq əməkhaqqının artırılmasının müəllimlərin maaşına təsiri
2019-06-14 | QHT əməkdaşlarına hansı hallarda vergi güzəşti edilmir?
2019-06-13 | Əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi haqqında
2019-06-04 | İşsizlərə təqaüdlərin verilməsi qaydası təsdiqləndi
2019-05-30 | Müqavilə bağlamayan sahibkarlara qarşı sanksiyalar tətbiq edilib
2019-05-30 | Yaşamaq və iş icazəsini daha qısa zamanda almaq mümkün olacaq
2019-05-13 | Əcnəbilərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?
2019-05-01 | Əmək müqaviləsi ilə prosedurlarda - DƏYİŞİKLİK EDİLİB
2019-04-24 | "Məşğulluq" altsistemi fəaliyyətə başlayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!