Minimum əmək haqqına görə digər maaşlar nə qədər artacaq? - MƏBLƏĞLƏR

2019-02-11 | Kadr işi | 570

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılıb. FED.az xəbər verir ki, bu artım təkcə indiyədək 180 manatdan az maaş alanlara deyil, bu məbləğdən yüksək maaş alanların da aylıq əmək haqqının artması ilə nəticələnəcək. FED.az MƏH-in sonuncu artımı nəticəsində büdcə təşkilatlarında çalışanların maaşlarının necə dəyişdiyini hesablayıb.

Doğrudur, ölkə iqtisadiyyatının ayrı- ayrı sahələrində əmək haqları fərqli qaydada tənzimlənir. Dövlət qulluqçuları, müəllimlər, hüquq mühafizə orqanlarında çalışanların əmək haqları fərqli rejimdə və fərqli qurumların qərarları ilə dəyişir. Bununla yanaşı, büdcə təşkilatlarında çalışanların bir hissəsinin əmək haqqı bilavasitə minimum əmək haqqı əsasında hesablanır.

İndiyədək dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları Vahid Tarif Cədvəlinə əsasən müəyyən edilir. Nazirlər Kabinetinin 13 mart 2018-ci il tarixli qərarına görə, həmin cədvəl təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, kənd təsərrüfatı, ekologiya, mənzil kommunal, nəqliyyat və rabitə, meliorasiya və sair sahələrdə çalışanları əhatə edir.

Sözügedən qərara əsasən, əməyin ödənilməsi üzrə 1-ci dərəcədə aylıq əmək haqqı 143 manatdan başlayırdı və bu 130 manatıq minimum əmək haqqından 10% artıq idi.

Prezidentin imzaladığı sərəncamdan sonra minimum əmək haqqının 180 manata qaldırıldığını və indiyədək Vahid Tarif Cədvəlində əmək haqları arasındakı artım əmsallarını nəzərə alanda maaşlar aşağıdakı kimi olacaq.

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 180
2 184
3 188
4 192
5 196
6 204
7 212
8 220
9 230
10 240
11 250
12 260
13 272
14 291
15 316
16 370
17 498
18 673
19 1037

Qeyd edildiyi kimi, Nazirlər Kabinetinin sözügedən qərarında ən aşağı əmək haqqı ölkə üzrə minimum əmək haqqı həddində deyil, ondan 10% artıq məbləğlə başlayırdı. Hesablamada isə 1-ci dərəcəli maaşın məhz minimum əmək haqqı ilə başlaması nəzərə alınıb.

Göründüyü kimi, ayrı- ayrı dərəcəli vəzifə maaşlarında artım bir neçə manatdan başlayaraq 212 manatadək yüksəlir.

Mənbə: http://www.fed.az/az/news/read/57024

Kadr işi bölümünün son xəbərləri

2019-02-15 | Minimum əmək pensiyasının artırılması üçün hazırlanmış qanun layihəsinə dair geniş mətbuat konfransı keçirilib
2019-02-15 | Nazir Sahil Babayev: Sosial müavinətlər artırılacaq
2019-02-11 | Özəl sektorda da minimum əmək haqqı 180 manatdan az müəyyən oluna bilməz
2019-02-11 | Minimum əmək haqqına görə digər maaşlar nə qədər artacaq? - MƏBLƏĞLƏR
2019-02-09 | Sahil Babayev: Yeni Sərəncam 180 manatdan çox maaş alanların da əmək haqqına müsbət təsir göstərəcək
2019-02-06 | Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir (YENİLƏNMİŞ)
2019-02-01 | Struktur islahatları iş yerlərinin ixtisarına səbəb olmamalıdır
2019-01-31 | Xidməti müqavilələrdən sui-istifadənin qarşısı alınır
2019-01-28 | Dövlət qurumlarında maaşlar özəl sektorun səviyyəsinə çatdırılacaq - RƏSMİ AÇIQLAMA
2019-01-04 | Əmək müqaviləsi ilə işləyənlərin vergi və sığorta öhdəliyi

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!