Auditorlar Palatası Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək

2019-01-31 | Audit | 2428

Vəkillər Kollegiyası və Auditorlar Palatası arasında əməkdaşlıq sazişi imzalanıb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sazişə əsasən Vəkillər Kollegiyası və Auditorlar Palatası Azərbaycan Respublikasının Konstitusiyasını, "Korrupsiyaya qarşı mübarizə haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Auditor xidməti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarını, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nı və digər hüquqi aktları rəhbər tutaraq qarşılıqlı maraq doğuran məsələlərin həllinə dair razılığa gəlinib.

Sazişin məqsədi vəkillik fəaliyyətinin və auditor xidmətlərinin həyata keçirilməsi zamanı Vəkillər Kollegiyası və Auditorlar Palatası tərəfindən öz səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmalarına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq fəaliyyətindən, vəkillərin və auditor xidməti göstərən şəxslərin qanuni mənafelərinin müdafiə edilməsindən ibarətdir.

Sənəddə bir sıra müddəaların icrası nəzərdə tutulub:

  • korrupsiya hüquqpozmaları ilə bağlı şübhələr yarandıqda bu barədə tərəflərin qarşılıqlı məlumatlandırılması;
  • korrupsiya hüquqpozmalarına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq çərçivəsində sorğu əsasında məlumat və sənəd mübadiləsinin aparılması, zərurət olduqda birgə tədqiqatların aparılması, analitik və metodiki materialların hazırlanması;
  • hüquqi aktların və ya normativ xarakterli aktların layihələrinin hazırlanmasında iştirak edilməsi, həmin layihələrin birgə hüquqi ekspertizalarının və ya layihələrə dair məsləhətləşmələrin aparılması;
  • öz səlahiyyətləri daxilində, qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlərin, elmi-praktik konfransların, seminarların təşkil edilməsi;
  • təcrübədə aşkarlanmış problemlərin birgə müzakirəsinin həyata keçirilməsi;
  • müvafiq sahədə vahid məlumat bazasının formalaşdırılması, habelə dövri və statistik hesabatların hazırlanması məqsədilə həyata keçirilmiş nəzarət tədbirlərinə dair məlumatların sorğu əsasında digər tərəfə təqdim edilməsi;
  • səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmalarına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın səmərəli təşkili üçün digər müvafiq tədbirlərin görülməsi.

Mənbə: https://azertag.az/xeber/Auditorlar_Palatasi_Vekiller_Kollegiyasi_ile_emekdasliq_edecek-1240267

Audit bölümünün son xəbərləri

2021-09-23 | Daxili audit kadrlarının hazırlanması üzrə təlim keçiriləcək
2021-07-23 | Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit.
2021-02-11 | İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!
2020-09-26 | Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib
2020-09-16 | Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-08-28 | Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir
2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!