İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!

2021-02-11 | Audit | 375

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2020-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Sıra №si Məcburi audit subyektləri Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası
1. İctimai əhəmiyyətli qurumlar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.
2. Məhdud məsuliyyətli cəmiyyətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
3. Səhmdar cəmiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə.
4. Banklar və digər kredit təşkilatları “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun     8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.
5. Sığorta təşkilatları və cəmiyyətləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.
6. İnvestisiya fondları “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli     1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.
7. Maliyyə-sənaye qrupları “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ  saylı Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.
8. Fondlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin  115.3-cü maddəsinə əsasən.
9. Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli  716-IIQ   saylı  Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
10. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrnat və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən
11. Publik hüquqi şəxslər “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı  Qanununun 12-1-ci və Publik hüquqi  şəxslərin  nizamnamələrinə əsasən.
12. Siyasi Partiyalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ  saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə)  Qanununun 14.6-cı maddəsinə əsasən.
13. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar.

Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. Bildiririk ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http:// www.audit.gov.az). Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası

Mənbə: http://www.audit.gov.az/Az/page/878

Audit bölümünün son xəbərləri

2021-02-11 | İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!
2020-09-26 | Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib
2020-09-16 | Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-08-28 | Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir
2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər
2020-04-24 | Auditorlar Palatasında növbəti vebinar keçirilib
2020-03-17 | Auditorlar üçün kurslar təşkil olunacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!