Bakıda auditorlar korporativ idarəetmədə şəffaflıq problemlərini müzakirə edirlər

2018-06-27 | Audit | 2652

Bakıda korporativ idarəetmə, hesabatlılıq və şəffaflıq problemləri mövzusunda konfrans keçirilir.

"Report"un verdiyi xəbərə görə, tədbirdə "Deloitte" audit şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov bildirib ki, təmsil etdiyi maliyyə qurumunun korporativ idarəetmə sahəsində xidmətləri var və bu sahədə bir neçə konkret layihələr həyata keçirib.

Auditorlar Palatasının sədri Vahid Novruzov isə şəffalığın artırılmasının qarşıda duran ən mühüm məsələlərdən olduunu qeyd edib. Onun sözlərinə görə, bu, hesabatlılığın təkmilləşdirilməsini tələb edir.

"Audit komitələri həm də müəyyən məsuliyyət daşıyan qurum kimi qəbul olunur. 28 ölkədə aparılan tədqiqat göstərir ki, audit komitələrinin özlərinə də nəzarət olunur. Nəzarəti müxtəlif ölkələrdə müxtəlif qurumlar həyata keirir. 12 ölkədə isə audit komitələri nəzarətə məruz qalmır", - o deyib.

"Azərbaycanda korporativ idarəteməyə münasibət məlumdur. Belə ki, Direktorlar Şurası yanında audit komitələrinin yaradılması məcburidir. Audit komitələrinin özünün mahiyyəti barədə qanunvericlik və metodika baxımından təkliflərin hazırlanması ilə bağlı qarşımızda vəzifələr var. Bu görüş də bu sahədə ilk addım olmalıdır",- sədr əlavə edib.

Mənbə: https://report.az/maliyye/bakida-auditorlar-korporativ-idareetmede-seffafliq-problemlerini-muzakire-edirler/

Audit bölümünün son xəbərləri

2021-09-23 | Daxili audit kadrlarının hazırlanması üzrə təlim keçiriləcək
2021-07-23 | Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit.
2021-02-11 | İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!
2020-09-26 | Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib
2020-09-16 | Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-08-28 | Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir
2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!