Azərbaycanda bu peşə sahələri aktuallığını itirə bilər

2018-03-24 | Kadr işi | 3492

Oksford Universitetinin proqnozuna görə, yaxın gələcəkdə - 20 il içərisində yox olmağa məhkum olan peşələr var.

Aktuallığını itirən sənət-peşə sahələri ilə yanaşı, gələcəkdə ən çox ehtiyac duyulacaq ixtisaslar da araşdırılıb.

Oxu.Az bu araşdırmanın nəticələrini təqdim edir:

Gələcəkdə yox olacaq peşələr:

  • Telemarketinq
  • Dəzgahdar
  • Laboratoriya texniki
  • Sürücü
  • Satış menecerləri
  • Mühasib
  • Əmlakçı
  • Həkimlər istisna olmaqla, xəstəxana əməkdaşları
Gələcəkdə aktuallığı artacaq sənət sahələri:
  • Psixoloq və psixoterapevt
  • Din xadimliyi
  • İdman müəllimliyi
  • Diş həkimliyi
Gələcəyin peşələri:
  • Analitik
  • Kompüter mühəndisliyi
  • Genetika mühəndisliyi
  • E-idman oyunçuluğu
  • Ekoloq
  • Hipertəhlükəsizlik mühəndisliyi.

Maraqlıdır, görəsən, Azərbaycanda hansı peşə sahələri aktuallığını itirəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir və bunun nəticəsində təhsil sistemində geriləmə baş verir:

"Təəssüflər olsun ki, bu gün Azərbaycan ali məktəbləri hələ də əmək bazarının tələblərinə uyğun olmayan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirirlər. Hazırda geniş iş imkanları olan informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, geoloji kəşfiyyat, ekologiya ixtisaslarına abituriyentlərin marağı aşağıdır.

Göründüyü kimi, Azərbaycan toplumu hələ də dövrün trendindən geri qalır və təhsil sektoru əmək bazarının sifarişlərinə uyğunlaşa bilmir. Halbuki, qərbdə artıq gələcəyin peşələri müəyyənləşdirilir və bu istiqamətdə kadrların hazırlanması üzrə hazırlıqlara başlanılır.

Belə peşələrdən biri mikroflora üzrə mütəxəssislərin yetişdirilməsidir. Mikrofloraçılar müştərilər üçün xarici və daxili mikroflora tərkiblərini müəyyən edəcək, həmçinin dayanıqlı sağlam ekosistem formalaşması üçün tövsiyələr verəcəklər. Yaxud iş yerlərində rəqəmsal kuratorlar tələb olunacaq. Onlar işçilərə fərdi və iş ehtiyacları üçün unikal informasiya resursları və əlavələri təqdim edəcəklər.

Şəhərlərdə isə kiçik bağçalarda, qeyri-adi yerlərdə, məsələn, evlərin damında, qazonlarda və s. əkinçiliklə məşğul olmaq sahəsində məsləhətlər verən mikroferma mütəxəssisləri peyda olacaq".

Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi peşə sahələrinin aktuallığını itirmə səbəbi ali və özəl təhsil müəssisələrinin günün tələbinə uyğunlaşmaması ola bilər:

"Azərbaycanda bu peşələrə uyğun olan ekoloq və İT mühəndisi ixtisaslarına həvəs azdır, mikroferma ixtisasına uyğun gələn gen mühəndisliyi sahəsində isə mütəxəssis, ümumiyyətlə, yoxdur. Bu səbəbdəndir ki, on illərlə geni dəyişdirilmiş malların kütləvi axını barədə həyəcan çalınan ölkədə bu məhsulların aşkar edilməsi üzrə heç bir laboratoriya araşdırması aparılmır.

Problemin kökündə dayanan əsas səbəb Azərbaycan ali məktəblərinin, xüsusilə də özəl ali məktəblərin günün tələbinə uyğunlaşa bilməməsidir. Bir ara yeni açılan ali məktəblərdə sovet dövrünün dəbdə olan bütün ixtisasları - tibb, beynəlxalq iqtisadiyyat, hüquq, avtomobil nəqliyyatının təşkili vardı və əksər yeni ali məktəblərin bu ixtisas üzrə kadr yetişdirmək üçün bazası yox idi.

Bunun nəticəsidir ki, hazırda minlərlə hüquqşünas, əczaçı, sanitar, iqtisadçı, nəqliyyatçı işsizdir və ya qeyri-ixtisas sahələrində çalışır. Hesab edirəm ki, ali təhsil müəssisələri də dövrün trendinə uyğun olaraq islahatlar aparmalıdır.

Daha ənənəvi xarakter daşıyan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmək lazım deyil. Hal-hazırda universitetlərimizin bir çox ixtisasına qəbul ya dayandırılmalıdır, ya da qəbul sayı azaldılmalıdır.

Əsasən, aqronom, baytar, zootexnik, meşəçilik, balıqçılıq, maşınqayırma, gəmiqayırma kimi ixtisaslara ali təhsil üzrə kadr hazırlığı dayanmalıdır, hüquqşünas, müəllimlik, iqtisadçı kimi sahələr üzrə kadr hazırlığına qəbulu ciddi şəkildə azaltmaq lazımdır. Çünki əmək bazarında bu ixtisaslar üzrə kifayət qədər böyük sayda diplomlu, amma işsiz şəxs var".

Elvin Paşazadə

Mənbə: https://oxu.az/society/247386

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!