"Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları" mövzusunda tədbir keçirilib.

2018-02-01 | Kadr işi | 2133

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Gəncə şəhərində "Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Xidmətin 21 saylı region (Gəncə şəhəri, Samux və Göygöl rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən işəgötürənlərin iştirak etdiyi tədbirdə işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi ilə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər diqqətə çatdırılıb. Qeyd olunub ki, işçilər üçün əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əmək haqqının ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılmasını təmin etməlidirlər. Həmçinin bu sahədə işəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir. Bununla yanaşı, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlərin öz imkanları hesabına Əmək Məcəlləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraiti şərtlərindən daha yüksək əlavə şərtlər (əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği və s.) müəyyən etmək hüququ da vardır. Belə əlavə şərtlərin dairəsi, onların qüvvədə olma müddəti, istifadə qaydaları, onların dəyişdirilməsi işəgötürənlərlə işçilərin qarşılıqlı razılığı əsasında müəyyən olunur. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsaslarından da bəhs olunaraq vurğulanıb ki, işəgötürən əmək şəraitinin şərtlərini (əmək şəraitinin əlavə şərtlərindən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.

Tədbir zamanı işçinin əmək funksiyası, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, habelə işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə, başqa işçinin əmək funksiyasının icrası və s. ilə əlaqədar qanunvericilikdən irəli gələn prinsiplər barədə də ətraflı məlumatlar verilib.

Seminar formatında təşkil olunan tədbir zamanı iştirakçıların əmək şəraitinin şərtlərinin və əmək funksiyasının dəyişdirilməsi, işçinin iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməsi, mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və s. ilə bağlı sualları da cavablandırılıb. İştirakçılara əmək şəraiti, əmək funksiyası, onların tətbiqini tənzimləyən hüquq normaları barədə maarifləndirici bukletlər də təqdim edilib.

Mənbə: http://www.mlspp.gov.az/az/pages/17/40/information/1528

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!