Auditorlar Palatası: Azərbaycanın iqtisadi inkişafı hesabatlılığın beynəlxalq standartlarının tətbiqini əhəmiyyətli edir

2013-12-21 | Audit | 1452

Azərbaycanın sürətli iqtisadi inkişafı və beynəlxalq təsərrüfat sisteminə inteqrasiya mühasibat hesabatlılığının və auditin beynəlxalq standartlarının tətbiqini əhəmiyyətli edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində deyilir.

V.Novruzov bildirib ki, artıq bu istiqamətdə uğurlar qeydə alınıb: "Bundan başqa, təsərrüfat subyektlərində beynəlxalq standartların tətbiqi üçün vergi qanunvericiliyinə dəyişikliklər edilib. Bu standartların daha geniş tətbiqi üzrə tələbləri gələcəkdə şəffaflığın artımına dair ölkə rəhbərliyinin tapşırıqlarını nəzərə alaraq sürətləndirmək vacibdir".

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, yüksək şəffaflığa malik maliyyə sistemlərinin effektivliyi analoji sistemlərdə şəffaflığın daha aşağı səviyyəsi ilə daha yüksəkdir.

Məqalədə qeyd edilir: "İqtisadiyyatın idarə olunmasında effektiv qərarların qəbulu yalnız dövlətin maraqlarının müdafiəsi üçün deyil, həm də sahibkarlar və əhali üçün real əsas yaradır. Maliyyə-mühasibat sisteminin təkmilləşdirilməsi üzrə məqsədyönlü tədbirlər, audit və maliyyə nəzarəti sistemləri, həmçinin "Mühasibat uçotu haqqında" qanunun tətbiqi, mühasibat hesabatlığının beynəlxalq standartlarına keçidə hazırlığa yönəldilmiş 2003-2007-ci illərdə milli mühasibat standartlarının tətbiqi proqramları, həmçinin "2007-2011-ci illərdə şəffaflığın artırılması və korrupsiya ilə mübarizə dair Milli Strategiya", "Daxili audit haqqında" qanun və başqa normativ aktlar maliyyə nəzarəti və bu nəzarət sisteminin beynəlxalq standartlarla uyğunlaşdırılması sahəsində qanunverici bazanın sonrakı inkişafı üçün əsas yaratdı".

Auditorlar Palatasının sədri vurğulayıb ki, həlli 2012-2015-ci illərdə "Korrupsiya ilə mübarizə üzrə Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş məsələlər, həmçinin böyük əhəmiyyətə malikdirlər.

Mənbə: www.trend.az

Audit bölümünün son xəbərləri

2021-09-23 | Daxili audit kadrlarının hazırlanması üzrə təlim keçiriləcək
2021-07-23 | Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit.
2021-02-11 | İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!
2020-09-26 | Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib
2020-09-16 | Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-08-28 | Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir
2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!