Palata: Bəzi sərbəst auditorlar ciddi nöqsanlara yol verməkdədir

2017-12-01 | Audit | 615

"Qlobal səviyyədə yaranmış yeni şəraitdə bank dələduzluğunu, müxtəlif maliyyə fırıldaqlarını həyata keçirmək və onu gizlətmək daha asandır".

"APA-Economics" xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) ilə məşğul olmaq çox asanlaşıb: "Bunun nəticəsində cinayətləri törədənlər və müəyyən təşkilatçıları ilə mübarizə hədsiz çətinləşib".

Palata sədri deyib ki, PL/TM-ə qarşı mübarizənin gücləndirilməsi zərurəti maliyyə bazarları subyektlərində, o cümlədən banklarda, sığorta şirkətlərində aktuallığını qoruyur. V.Novruzov vurğulayıb ki, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi hər bir ölkənin milli və iqtisadi təhlükəsinə ciddi zərbə vurur.

"Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi sərbəst auditor təşkilatları və auditorlar bu sahədə ciddi nöqsanlara yol verməkdədirlər. Bu isə nəticədə auditə ictimai etimadın azalmasına səbəb olur", - deyə o vurğulayıb.

Mənbə: https://apa.az/maliyye_xeberleri/palata-bezi-serbest-auditorlar-ciddi-noqsanlara-yol-vermekdedir-7433.html

Audit bölümünün son xəbərləri

2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər
2020-04-24 | Auditorlar Palatasında növbəti vebinar keçirilib
2020-03-17 | Auditorlar üçün kurslar təşkil olunacaq
2020-02-24 | Azərbaycanda auditor xidmətlərinin 10 illik inkişaf konsepsiyası hazırlanacaq
2020-02-21 | Auditorlar Palatası məcburi audit subyektlərinə müraciət edib
2020-02-21 | PEŞƏKAR MÜHASİBLƏRİN BEYNƏLXALQ ETİKA MƏCƏLLƏSİ MÖVZUSUNDA SEMİNAR keçirilmişdir.
2019-12-30 | Auditorlar Palatası Kölgə iqtisadiyyatına qarşı tədbirlər görəcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!