Auditdən keçməyənləri məhkəmə gözləyir

2017-07-05 | Audit | 1528

Azərbaycan Respublikasının Auditorlar Palatası məcburi auditdən yayınan şirkətlərə qarşı avqustdan başlayaraq kütləvi şəkildə məhkəmələrə müraciət edəcək. Palata hazırda auditorlardan daxil olan son hesabatları təhlil etməkdədir. Auditdən keçməyən şirkətləri və onların rəhbərlərini ağır cərimələr gözləyir.

Məcburi auditdən yayınmaya görə sanksiyalar hələ 2011-ci ildə müəyyən olunub. Bu ilin mayında isə qanunu pozanlara qarşı inzibati cərimələrin tətbiqi qaydasının müəyyənləşdirilməsi tamamlanıb. Bu illər ərzində maliyyə hesabatlarını rəy almaq üçün auditorlara təqdim etməyənlərə "güldən ağır söz deyən" olmayıb. İndən belə banklar, sığorta şirkətləri, səhmdar cəmiyyətlərinə münasibətdə protokolları Maliyyə Bazarlarına Nəzarət Palatası, digər kommersiya və qeyri-kommersiya təşkilatlarına münasibətdə isə protokolları Auditorlar Palatası tətbiq edəcək.

Auditorlar Palatasının Məhkəmə işləri və inzibati protokollar şöbəsinin müdiri Elnur İbrahimov AzadlıqRadiosu-na bildirib ki, indiyədək kənar auditdən keçməli olan əksər təşkilatlar boşluqdan sui-istifadə edərək qanunu pozub. "Vergilər nazirliyi məcburi auditdən keçməli olan qurumların siyahısını mütəmadi Palataya təqdim edir. Auditorların yarımillik hesabatlarının təhlili əsasında auditdən yayınanların siyahısını dəqiqləşdirəcəyik. Daha sonra onlara qarşı inzibati protokolları məhkəmələrə göndərəcəyik".

İnzibati Xətalar Məcəlləsinə əsasən, maliyyə hesabatlarını məcburi auditdən keçirməyən hüquqi şəxslərə qarşı tərtib olunan protokollar məhkəmədə təsdiqini taparsa, onlar 1500 manatdan 2500 manatadək cərimələnəcək. Şirkətlərin vəzifəli şəxsləri də cərimədən yaxa qurtara bilməyəcək. Onları 300 manatdan 600 manatadək cərimə gözləyir.

Auditorlar Palatasının hesabatına görə, maliyyə hesabatlarının yoxlanmasından ötrü kənar auditor cəlb edən qurumların sayı ilbəil azalır. 2016-cı il ərzində 67 min 522 məcburi audit obyektindən vur-tut 1 522-si, və ya 2,3 faizi auditdən keçib, halbuki, 2015-ci ildə auditor rəyi alan təşkilatların sayı 1 770 idi.

Bu ilin əvvəlinə Azərbaycanda 38 sərbəst auditorun, 67 auditor təşkilatının (o cümlədən, 4 beynəlxalq auditor təşkilatınınfilialı və nümayəndəliyi, eləcə də 18 xarici investisiyalı audit şirkəti) auditor fəaliyyətini həyata keçirmək hüququolub.2016-cı ildə onlar 56,8 milyon manat məbləğində 3 min 540 müqavilə bağlayıblar. Xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri həmin müqavilələrin 14 faizini (495) bağlayıblar, amma ümumi gəlirin 64,4 faizi (36,6 milyon manat) «Böyük dördlüyə» daxil bu şirkətlər götürüblər.

Gəlirlərin daha 25,5 faizini (14,5 milyon manat) 526 müqavilə bağlamağa nail olmuş xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları əldə ediblər. Yerli auditor təşkilatları ümumi dəyəri 3,9 milyon manat olan 1531 müqavilə, sərbəst auditorlar (fiziki şəxslər) isə 1 milyon 827,8 min manatlıq 988 müqavilə bağlayıblar.

Mənbə: http://virtualaz.org/kapital/98634

Audit bölümünün son xəbərləri

2020-09-26 | Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib
2020-09-16 | Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-08-28 | Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir
2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər
2020-04-24 | Auditorlar Palatasında növbəti vebinar keçirilib
2020-03-17 | Auditorlar üçün kurslar təşkil olunacaq
2020-02-24 | Azərbaycanda auditor xidmətlərinin 10 illik inkişaf konsepsiyası hazırlanacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!