Microsoft açıqladı: çox yaxında sıradan çıxacaq peşələr bunlardır

2026-02-16 | Accountsoft | 67

Microsoft-un süni intellekt üzrə baş direktoru Mustafa Süleyman yaxın 12–18 ay ərzində ofis işlərinin böyük hissəsinin AI tərəfindən yerinə yetiriləcəyini bildirib.

Musavat.com xəbər verir ki, Financial Times-a müsahibəsində o qeyd edib: kompüter arxasında görülən “ağ yaxalı” peşələr — hüquqşünas, mühasib, layihə meneceri və marketoloq kimi sahələrdə gündəlik tapşırıqların əksəriyyəti avtomatlaşdırılacaq.

Süleymanın sözlərinə görə, süni intellekt xüsusilə sənəd hazırlama, hesabat yazma, məlumat analizi və müştəri yazışmaları kimi rutin prosesləri insanlardan daha sürətli və ucuz icra edə bilir. Buna görə şirkətlər artıq bu istiqamətdə kütləvi keçidə hazırlaşır.

Bununla belə, o vurğulayıb ki, peşələr tam yox olmayacaq — insanlar daha çox qərarvermə, nəzarət və strateji planlaşdırma ilə məşğul olacaq, texniki və təkrarlanan əməliyyatları isə proqramlar icra edəcək.

Ekspertlər hesab edir ki, bu dəyişiklik yeni ixtisasların yaranmasına da səbəb olacaq: AI nəzarətçisi, avtomatlaşdırma meneceri və “prompt mühəndisi” kimi peşələr yaxın illərdə əmək bazarında geniş yayılacaq.

Mənbə: https://musavat.com/news/microsoft-aciqladi-cox-yaxinda-siradan-cixacaq-peseler-bunlardir_1240111.html

Accountsoft bölümünün son xəbərləri

2026-02-16 | Microsoft açıqladı: çox yaxında sıradan çıxacaq peşələr bunlardır
2025-10-14 | Windows 10 işlətmək artıq təhlükəlidir
2025-10-09 | Azərbaycanda üztanımaya əsaslanan təmassız ödəmə üsulu tətbiq olunacaq
2024-04-27 | Orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotu elektron formada həyata keçiriləcək
2024-03-19 | Elektron qeydiyyat zamanı SİMA İmza-nın identifikasiya üsullarından (üz tanıma) istifadə ediləcək
2024-03-19 | Mühasiblər üçün Trenajor Pro PLUS 2024 - buraxılış 2024-01
2023-10-13 | Sahibkarlara müəssisə resurslarının idarə olunması üçün yeni imkanlar təqdim ediləcək
2022-05-16 | Azərbaycanda Vergi Məcəlləsinin bank hesabı ilə bağlı müddəaları dəyişəcək
2021-02-22 | Özbəkistan süni intellekt texnologiyasının vergi sisteminə tətbiqinə hazırlaşır
2021-01-30 | Startapın müəyyən olunması meyarları təsdiqlənib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2026.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!