İş icazəsi elektron qaydada tərtib edilməlidir.

2024-12-12 | Kadr işi | 3355

Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanunu ilə Miqrasiya Məcəlləsində dəyişikliklər edilmişdir.

Dəyişikliyə əsasən iş icazəsi elektron qaydada tərtib olunub işəgötürənə təqdim ediləcəkdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu məqsədlə 3 ay müddətində zəruri tədbirlər görəcəkdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti iş icazəsinin yeni formasını 2 ay müddətində təsdiq edəcəkdir.

Qeyd edək ki, 1 noyabr 2024-cü ilədək verilmiş (müddəti uzadılmış) iş icazələri etibarlılıq müddətləri bitənədək öz hüquqi qüvvəsini saxlayacaqdır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə iş icazəsindəki məlumatlar dəyişdikdə yeni iş icazəsi elektron qaydada tərtib olunacaq və işəgötürən onu elektron üsulla əldə edə biləcəkdir.

Bu Qanun 1 noyabr 2024-cü il tarixində qüvvəyə minmişdir

Mənbə:

Kadr işi bölümünün son xəbərləri

2025-10-29 | Maaşdan DSMF-yə ödədiyimiz - Pul dəyişməyəcək
2025-10-28 | Azərbaycanda alimentin minumum məbləği ARTIRILIR
2025-10-27 | ƏMAS-da yenilik: digər sənədləri də e-qaydada imzalamaq olar
2025-10-21 | Noyabrda ardıcıl 4 gün - İŞ OLMAYACAQ
2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!