İşdən çıxan işçiyə məzuniyyət haqqının ödənilməsi

2020-12-02 | Kadr işi | 5071

Təcrübədə işəgötürənlər tərəfindən ən çox səhvə yol verilən hal işçinin əmək müqaviləsinə xitam verildiyi zaman istifadə edilməmiş məzuniyyət haqqının ödənilməməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi, işçinin hansı əsasla işdən çıxmasının ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsinə aiddiyyəti yoxdur.

Misal 1:

Tutaq ki, 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan işçi 30 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən çıxır. İşçinin məzuniyyət günlərinin sayı 30 gündür. Bu zaman tənasüb üsulundan istifadə etməklə işçiyə düşən məzuniyyət günlərini tapaq:

12 ay - 30 gün

9 ay - X gün

X = (30 gün x 9 ay) / 12 ay= 22,5 gün

Deməli, işçinin istifadə edilməmiş məzuniyyət günlərinin sayı 22,5 gündür.

Misal 2:

İşəgötürənin əmrinə əsasən, işçinin əmək müqaviləsinə əmək funksiyalarını icra etmədiyi üçün xitam verilib. İllik əsas məzuniyyət müddəti 21 gün olan işçinin ötən ildən 8 gün qalığı var. O, cari iş ilində 5 ay çalışsa da, əmək məzuniyyəti hüququndan istifadə etməyib. İkinci iş ilinə görə istifadə edilməmiş məzuniyyət günlərini tapmaq üçün tənasüb üsulundan istifadə edək.

12 ay - 21 gün

5 ay - X gün

X = (21 gün x 5 ay) / 12 ay= 8,75 gün

İşçinin öncəki iş ilindən 8 məzuniyyət günü qaldığını nəzərə alsaq, işdən çıxan işçiyə 16,75 (8 + 8,75) gün üçün istifadə edilməmiş məzuniyyət haqqı ödəniləcək.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/10407.html

Kadr işi bölümünün son xəbərləri

2025-10-29 | Maaşdan DSMF-yə ödədiyimiz - Pul dəyişməyəcək
2025-10-28 | Azərbaycanda alimentin minumum məbləği ARTIRILIR
2025-10-27 | ƏMAS-da yenilik: digər sənədləri də e-qaydada imzalamaq olar
2025-10-21 | Noyabrda ardıcıl 4 gün - İŞ OLMAYACAQ
2025-10-10 | Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb
2025-10-10 | Azərbaycanda əməkhaqqı rejimi dəyişir
2025-10-09 | Kənd təsərrüfatında mövsümi çalışanlara gündəlik nağd ödənişin yuxarı həddi artırılır
2025-10-09 | Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
2024-12-17 | 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2024-12-12 | İş icazəsi elektron qaydada tərtib edilməlidir.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!