Koronavirusa görə həkimlərin maaşı - BELƏ HESABLANACAQ

2020-03-26 | Kadr işi | 134

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib.

FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

- Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

Mənbə: https://www.fed.az/az/dovlet/koronavirusa-gore-hekimlerin-maasi-bele-hesablanacaq-76453

Kadr işi bölümünün son xəbərləri

2020-03-29 | DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi
2020-03-29 | Vüsal Hüseynov: Müddəti bitən şəxslər barəsində cərimələr tətbiq edilmir
2020-03-26 | Nazirlər Kabineti icbari tibbi sığortanın ərazi vahidləri üzrə tətbiqi ardıcıllığında dəyişiklik edilib.
2020-03-26 | İqtisadiyyat Nazirliyinin məlumatı
2020-03-26 | Koronavirusa görə həkimlərin maaşı - BELƏ HESABLANACAQ
2020-03-26 | Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
2020-03-26 | Azərbaycanda qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin sayı azaldılacaq
2020-03-26 | Qeyri-leqal məşğulluq hallarına nəzarət gücləndiriləcək
2020-03-26 | Tikinti ilə bağlı yeni sənəd hazırlanacaq
2020-03-26 | İqtisadiyyat naziri: Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!