Bir sıra dövlət orqanlarının əməkdaşları növbədənkənar məzuniyyətə göndərilir

2020-03-20 | Kadr işi | 201

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır.

İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.

Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.

Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtiyac var.

Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.

Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.

Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.

Mənbə: https://report.az/sehiyye/azerbaycanda-bir-sira-dovlet-orqanlarinin-emekdaslari-novbedenkenar-m/

Kadr işi bölümünün son xəbərləri

2020-04-03 | Nazirliklər işəgötürənlərə bir daha sərt xəbərdarlıq etdilər
2020-04-03 | İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı
2020-04-02 | Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi
2020-04-02 | COVİD-19 ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əmək haqqlarının ödənilməsi
2020-03-29 | DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi
2020-03-29 | Vüsal Hüseynov: Müddəti bitən şəxslər barəsində cərimələr tətbiq edilmir
2020-03-26 | Nazirlər Kabineti icbari tibbi sığortanın ərazi vahidləri üzrə tətbiqi ardıcıllığında dəyişiklik edilib.
2020-03-26 | İqtisadiyyat Nazirliyinin məlumatı
2020-03-26 | Koronavirusa görə həkimlərin maaşı - BELƏ HESABLANACAQ
2020-03-26 | Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!