Əmək müqaviləsi adı altında xidməti müqavilə bağlanması halları aşkar edilib

2020-03-13 | Kadr işi | 356

Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Bayramov Ceyhun Mahir oğluna məxsus, Gəncə şəhərinin müxtəlif ünvanlarında yerləşən “Əminə Market” mağazalar şəbəkəsində operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. Vergi ödəyicisinə məxsus 4 təsərrüfat subyektində vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülməsi, malların elektron qaimə-faktura əsasında alınmasına nəzarət və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması halları yoxlanılıb.

Nəzarət tədbirləri zamanı həmin mağazalarda ümumilikdə 200 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, onlardan 57 nəfərin əmək müqaviləsi şərtləri altında bilərəkdən xidməti müqavilə əsasında (bu, ümumu işçi sayının 28,5 faizini təşkil edir) cəlb edilməsi faktı aşkar olunub ki, bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Daha 3 nəfərin isə heç bir müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni zamanda 5 halda nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı da aşkar edilib.

Bir daha bildiririk ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir.

Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar.

Mənbə: https://report.az/biznes/emek-muqavilesi-adi-altinda-xidmeti-muqavile-baglayan-sahibkar-ilisdi/

Kadr işi bölümünün son xəbərləri

2020-06-27 | Əmək müqaviləsinin formasında dəyişiklik ediləcək
2020-06-25 | Fəaliyyətinə icazə verilən bəzi sahələrdə işə cəlb olunan işçilərin sayı 50, bəzilərində isə 30 faizdən çox olmamalıdır - SİYAHI
2020-06-25 | Məhdudiyyətlərin səmərəliliyinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək
2020-06-22 | Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri
2020-06-21 | Ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq
2020-06-18 | İşin daimi olduğu əvvəlcədən məlum olduqda əmək müqaviləsinin müddətli bağlanması halları aradan qaldırılacaq
2020-06-11 | Məşğulluq xidmətləri sahəsində yeni innovativ layihələr hazırlanır
2020-06-10 | Əmək şəraiti zərərli və ağır olan şəxslərin pensiyaya çıxmaq yaşı azaldılır
2020-06-08 | Ödənişli əmək məzuniyyəti ilə bağlı təkliflər hazırlanır
2020-06-04 | Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda fəaliyyəti dayandırılmayan sahələr açıqlanıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!