İşəgötürənlər məşğulluq orqanlarına hansı məlumatları təqdim etməlidirlər?

2020-03-03 | Kadr işi | 2481

"Məşğulluq haqqında" Qanunun 18.2-ci maddəsinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verməlidirlər. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Tutaq ki, "A" MMC marketinq departamentinin ləğv edilməsi məqsədilə bu bölmədən 5 nəfər və satış departamentindən 2 nəfər işçini ixtisar etmək barədə qərar verir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun şəkildə müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Deməli, "A" MMC işçilərin sayının azalması və ştatların ixtisarı ilə bağlı məlumatı yuxarda qeyd edilən müddətlər daxilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

Qanunun həmin tələbi məşğulluq idarələrinin işdən çıxarılacaq işçilər haqqında məlumat əldə etməsi və onların işlə təmin olunması ilə bağlı tədbirlər görməsinə yönəlib. Bu hesabat aylıq, rüblük və ya illik təqdim olunmur, yalnız işçilərin sayı və ştatları ixtisar edildikdə verilir.

Qanunvericilik işçilər barədə digər məlumatların da bazaya daxil edilməsini tələb edir. "Məşğulluq haqqında" Qanunun 18-ci maddəsinə müvafiq olaraq işəgötürənlər :

  • yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər (həmin hesabatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil edilir);
  • işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək həmin orqana təqdim etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi məcəllələrinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla), ilk növbədə, yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsilə ödəməlidirlər.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7485.html

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!