Vakansiyalar barədə məlumat verməyənlər məsuliyyət daşıyır

2020-02-07 | Kadr işi | 589

İnzibati Xətalar Məcəlləsinin 540-cı maddəsində məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə işəgötürənlərin üzərinə məsuliyyət qoyulub. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məcəllənin 540.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Digər müddəada isə vakansiyaların gizlədilməsi ilə bağlı cərimələrin məbləği müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.

Məcəllədən göründüyü kimi, işəğötürən boş iş yerləri haqqında konkret olaraq 5 gün müddətində məlumat təqdim etməsə, 500 manatdan 1.000 manatadək cərimə olunacaq. İkinci cərimə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndəriş təqdim etdiyi halda işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarı təqdim etməməsinə görə tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7049.html

Kadr işi bölümünün son xəbərləri

2020-04-03 | Nazirliklər işəgötürənlərə bir daha sərt xəbərdarlıq etdilər
2020-04-03 | İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı
2020-04-02 | Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi
2020-04-02 | COVİD-19 ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əmək haqqlarının ödənilməsi
2020-03-29 | DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi
2020-03-29 | Vüsal Hüseynov: Müddəti bitən şəxslər barəsində cərimələr tətbiq edilmir
2020-03-26 | Nazirlər Kabineti icbari tibbi sığortanın ərazi vahidləri üzrə tətbiqi ardıcıllığında dəyişiklik edilib.
2020-03-26 | İqtisadiyyat Nazirliyinin məlumatı
2020-03-26 | Koronavirusa görə həkimlərin maaşı - BELƏ HESABLANACAQ
2020-03-26 | Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!