Yeni ildə 7 gün iş olmayacaq - QƏRAR

2019-12-04 | Kadr işi | 829

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib.

"Report" xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, 2019-cu ilin dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü sayılır.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Mənbə: https://report.az/i-nfrastruktur/yeni-ilde-7-gun-is-olmayacaq/

Kadr işi bölümünün son xəbərləri

2020-06-04 | Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda fəaliyyəti dayandırılmayan sahələr açıqlanıb
2020-06-04 | Həftəsonu üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib - QƏRAR
2020-06-01 | Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavələr hazırlanır
2020-05-21 | Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək
2020-05-16 | İşsiz şəxslərin özünüməşğulluğunun təşkili - QAYDASI TƏSDİQ EDİLİB
2020-05-16 | Koronavirusla mübarizə aparan həkimlərin maaşı barədə - RƏSMİ AÇIQLAMA
2020-05-16 | Azərbaycanda 8 gün qeyri-iş günü olacaq - RƏSMİ
2020-05-02 | Baş Nazir sosial müavinətlərlə bağlı qərara dəyişiklik etdi
2020-04-24 | May ayında bayrama görə neçə gün iş olmayacaq? - TƏQVİM
2020-04-24 | Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!