İşdən çıxan işçiyə hansı hallarda kompensasiya ödənilməlidir?

2019-11-25 | Kadr işi | 2015

Təcrübədə işəgötürənlər tərəfindən ən çox səhvə yol verilən hal işçinin əmək müqaviləsinə xitam verildiyi zaman istifadə edilməmiş məzuniyyət haqqının ödənilməməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Göründüyü kimi, işçinin hansı əsasla işdən çıxmasının ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsinə aiddiyyəti yoxdur.

Misal 1.

1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan işçi 30 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən çıxır. İşçinin məzuniyyət günlərinin sayı 30 gündür. Bu zaman tənasüb üsuldan istifadə etməklə işçiyə düşən məzuniyyət günləri tapaq:

12 ay - 30 gün

9 ay - X gün

X = (30 gün x 9 ay) / 12 ay= 22,5 gün

Deməli, işçinin istifadə edilməmiş məzuniyyət günlərinin sayı 22,5 gün təşkil edəcək.

Misal 2.

İşəgötürənin əmrinə əsasən, işçinin əmək müqaviləsinə əmək funksiyalarını icra etmədiyi səbəbi ilə xitam verilib. İllik əsas məzuniyyət haqqı 21 gün olan işçinin ötən iş ilindən 8 gün qalığı var. Həmçinin cari iş ilində 5 ay çalışsa da, əmək məzuniyyəti hüququndan istifadə etməyib. İkinci iş ilinə görə istifadə edilməmiş məzuniyyət günlərini tapmaq üçün tənasüb üsulundan istifadə edək.

12 ay - 21 gün

5 ay - X gün

X = (21 gün x 5 ay) / 12 ay= 8,75 gün

İşçinin öncəki iş ilindən də 8 məzuniyyət günü qaldığını nəzərə alsaq, işdən çıxan işçiyə 16,75 (8 + 8,75) gün üçün istifadə edilməmiş məzuniyyət haqqı ödəniləcək.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/5757.html

Kadr işi bölümünün son xəbərləri

2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir
2021-01-23 | Məzuniyyət haqqı hesablanarkən hansı gəlirlər nəzərə alınmır?
0021-12-20 | İŞÇİLƏRİN İCBARİ SIĞORTASI MÖVZUSUNDA VEBİNAR
2020-12-27 | Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?
2020-12-25 | Qısa müddətdə işləmiş işçilərin işdən azad olunması zamanı əmək məzuniyyətinin kompensasiyası

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!