Əmək müqavilələrinin bildiriş sistemi ilə Məşğulluq altsistem inteqrasiya olunur

2019-11-15 | Kadr işi | 223

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və bir neçə gün əvvəl əhalinin istifadəsinə verilən "Məşğulluq" altsistemində (MAS) 280 minə yaxın işsiz vətəndaş qeydiyyatdan keçib. Bu barədə nazirliyin nəzdindəki dövlət məşğulluq xidmətinin şöbə müdiri İsa Həsənov məlumat verib. İ.Həsənov qeyd edib ki, bu rəqəm daxilində əvvəlki illərdən də müraciət edən, kağız üzərində qeydiyyatda olan vətəndaşlar da var, onların keçidi də orda təmin olunur.

O bildirib ki, işəgötürənlər mütəmadi olaraq vakant iş yerləri ilə bağlı məlumatları da sistemə daxil edir: "Vakansiya bankı tam formalaşmasa da, ilin sonuna kimi daha dolğun olacaq. Hazırda işəgötürənlər də bu yeni sistemlə bağlı məlumatlandırılır. Əmək müqavilələrinin bildiriş sistemi ilə "Məşğulluq" altsistem inteqrasiya olunacaq və həmin sistem vasitəsilə prosesə nəzarət olunacaq. Müəssisələr üçün ştat cədvəlləri yaradılacaq. Sistem vasitəsilə ştat cədvəlinə uyğun boş yer yarandıqca, yaxud işdən çıxanlar sayəsində vakansiya olarsa, 5 iş günü müddətində həmin iş yeri boş iş yeri kimi qəbul olunacaq və işaxtaranlar həmin boş yerə iddia edə biləcəklər".

İ.Həsənovun sözlərinə görə, işsiz şəxs kimi qeydiyyata alındıqdan sonra işaxtaranlarla bağlı fərdi qiymətləndirmə aparılır: "İş axtaran şəxsin əmək bazarında rəqabətlilik qabiliyyəti ola bilər. Yüksək tələblərə cavab verə bilən, orta səviyyəli, rəqabət qabiliyyətsiz işçi qüvvəsi də var: “İşaxtaranlar üçün münasib işdən əlavə olaraq, onların peşə hazırlığına, özünəməşğulluq proqramına cəlb olunması, əmək haqqlarının maliyyələşdirilməsi və s. tədbirlər də həyata keçiriləcək ki, insanlar işlə təmin olunsun. Sistem yeni olduğu üçün hər hansı boşluqlar ola bilər. Həmin boşlqular üzərində iş aparılır".

Nazirlik rəsmisi onu da qeyd edib ki, vətəndaşın neçə müddətə iş tapması onun ixtisası, peşəsi və bacarıqlarından asılıdır: "Ola bilsin ki, işaxtaran müraciət etdiyi gün iş tapsın. Eləsi var daha uzun müddətə iş tapa bilər. Onu da deyim ki, işəgötürən qarşısında təqdim etdiyi bir vəzifəyə yalnız beş nəfər işsiz vətəndaşın müraciətini qəbul etməsi ilə bağlı məhdudiyyət qoyulub. İşəgötürən şəxsi işə götürmədiyi halda, səbəbləri ilə bağlı əsaslı qeydlər təqdim etməlidir".

Qeyd edək ki, MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malikdir. Sistem işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.

İşsiz və işaxtaranlar "E-sosial" və ya "e-gov.az" portalı vasitəsilə "Məşğulluq" altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra Məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya "İşsizin DOSTu" proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.

Mənbə: https://vergiler.az/news/economy/5523.html

Kadr işi bölümünün son xəbərləri

2019-12-10 | Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müavinət ödənilirmi?
2019-12-05 | İşçilərin və ştatların ixtisarı zamanı müavinətin hesablanması
2019-12-04 | Tibbi sığorta haqları gələn ilin aprelindən toplanacaq
2019-12-04 | Yeni ildə 7 gün iş olmayacaq - QƏRAR
2019-11-26 | İş vaxtının cəmlənmiş uçotu
2019-11-25 | Xarici ölkənin Azərbaycan Respublikasındakı səfirliyində işə düzələn şəxsin vergi öhdəliyi
2019-11-25 | Bayram günlərinə düşən məzuniyyətə görə ödəniş verilirmi?
2019-11-25 | İşdən çıxan işçiyə hansı hallarda kompensasiya ödənilməlidir?
2019-11-20 | Əmək münasibətləri nə zaman yaranır?
2019-11-19 | Əmək stajına görə əlavə məzuniyyət necə müəyyən edilir?

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!