İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

2019-11-07 | Kadr işi | 315

"Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, qaydalara əsəsən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər ezamiyyə xərclərini nağd şəkildə ödəyə bilərlər. Qeyd edilən dövriyyəni keçən vergi ödəyiciləri isə ezamiyyə xərclərini nağd şəkildə ödəsələr, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasına məruz qala bilərlər.

Misal:

Tutaq ki, dövriyyəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan yuxarı olan vergi ödəyicisi müxtəlif dövrlərdə işçilərə cəmi 4.000 manat ezamiyyə haqqını nağd şəkildə ödəyib. Bu hal vergi nəzarəti tədbirləri nəticəsində müəyyən olunarsa, vergi ödəyicisinə 400 manat (4.000 x 10%), təqvim ili ərzində 2 və 3 və daha çox hallarda müvafiq olaraq 800 manat (4.000 x 20%) və 1.600 manat (4.000 x 40%) həcmində maliyyə sanksiyası tətbiq olunacaq.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5318.html

Kadr işi bölümünün son xəbərləri

2020-01-24 | Qısaldılmış iş vaxtı hansı hallarda tətbiq olunur?
2020-01-22 | İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?
2020-01-21 | Əlilliyin qiymətləndirilməsi qaydalarında yeniliklər edilib
2019-12-30 | Həkimlərə əməkhaqqı bonusla veriləcək - YENİ QAYDALAR
2019-11-13 | Hansı hallarda işsizlikdən sığorta haqqı almaq olar - Nazir şərtləri açıqladı
2019-12-17 | İş vaxtının cəmlənmiş uçotu
2019-12-17 | 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2019-12-15 | Ezamiyyətdə olan işçinin maaşının hesablanması
2019-12-14 | Həmkarlar ittifaqına üzvlük haqqının müəyyən edilməsi
2019-12-14 | Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müavinət ödənilirmi?

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!