İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları

2019-10-17 | Kadr işi | 484

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün Tədbirlər Planına əsasən Bərdə rayonunda "İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında maarifləndirici tədbir keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə bildirilib ki, tərkibi azı beş nəfərdən ibarət olan attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələbinə əməl edilməklə aparılmalı və həmin komissiya qərarı gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu əsasında qəbul etməlidir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edənlər məhkəməyə müraciət edə bilərlər.

İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları, həmçinin hansı kateqoriyalardan olan işçilərin attestasiyasının keçirilmədiyi və s. barədə ətraflı məlumatlar verilib. İştirakçıların müvafiq mövzuda sualları cavablandırılıb.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub, işəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirməyin vacibliyi qeyd edilib.

Mənbə: https://vergiler.az/news/economy/4857.html

Kadr işi bölümünün son xəbərləri

2020-02-15 | Müştərək maliyyələşmə məbləğləri nağdsız qaydada qəbul ediləcək
2020-02-15 | İşçilərin sayını və maaşını gizlədənlər ciddi məsuliyyət daşıyır
2020-02-10 | Müddətli əmək müqaviləsinin uzadılması
2020-02-07 | Vakansiyalar barədə məlumat verməyənlər məsuliyyət daşıyır
2020-02-07 | Prezidentin sərəncamına əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz artırıldı
2020-01-29 | Məcburi dövlət sosial sığorta haqlarının hesablanması
2020-01-24 | Qısaldılmış iş vaxtı hansı hallarda tətbiq olunur?
2020-01-22 | İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?
2020-01-21 | Əlilliyin qiymətləndirilməsi qaydalarında yeniliklər edilib
2019-12-30 | Həkimlərə əməkhaqqı bonusla veriləcək - YENİ QAYDALAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!