Dəymiş zərərə görə kompensasiyanın hesablanması

2019-10-04 | Kadr işi | 709

Vergi Məcəlləsinin 102-ci maddəsi gəlir vergisindən azadolmalara və güzəştlərə həsr olunub. Məcəllənin 102.1.10-cu bəndində göstərilib ki, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri vergidən azad edilən gəlirlər siyahısındadır. "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinə əsasən, əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində ödəmələr verilməlidir. Bəs burada hansı ödəmələrdən söhbət gedir? Həmin ödəmələrin məbləğini hansı dövlət orqanı müəyyən edir?

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilib.

Qeyd: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı əsas götürülür.

Mənbə: https://vergiler.az/news/taxes/4587.html

Kadr işi bölümünün son xəbərləri

2020-06-27 | Əmək müqaviləsinin formasında dəyişiklik ediləcək
2020-06-25 | Fəaliyyətinə icazə verilən bəzi sahələrdə işə cəlb olunan işçilərin sayı 50, bəzilərində isə 30 faizdən çox olmamalıdır - SİYAHI
2020-06-25 | Məhdudiyyətlərin səmərəliliyinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək
2020-06-22 | Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri
2020-06-21 | Ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq
2020-06-18 | İşin daimi olduğu əvvəlcədən məlum olduqda əmək müqaviləsinin müddətli bağlanması halları aradan qaldırılacaq
2020-06-11 | Məşğulluq xidmətləri sahəsində yeni innovativ layihələr hazırlanır
2020-06-10 | Əmək şəraiti zərərli və ağır olan şəxslərin pensiyaya çıxmaq yaşı azaldılır
2020-06-08 | Ödənişli əmək məzuniyyəti ilə bağlı təkliflər hazırlanır
2020-06-04 | Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda fəaliyyəti dayandırılmayan sahələr açıqlanıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!