Məsafədən bank hesabının açılmasına dair - MEYARLAR MÜƏYYƏNLƏŞDİRİLİB
2019-09-18 | Accountsoft | 3426Azərbaycanda fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılmasına dair meyarlar müəyyənləşdirilib.
FED.az xəbər verir ki, fiziki şəxslər 500 manat, 6 min manat və 20 min manatadək hesab açmaq hüququna malik olacaq.
500 manatadək açılacaq hesab üçün elektron imza ("e-imza") lazım olmayacaq. Bunun üçün sadəcə istifadəçi adı və parolu gərək olacaq. Hesab 10 dəqiqə ərzində aktiv olacaq.
6 min manatadək hesabın açılmasına da "e-imza"ya ehtiyac olmayacaq. Lakin burada vizual təsdiq etmək üçün görüntülü zəngi cavablandırmaq lazım olacaq. Sifarişçi barədə məlumat əldə etmək üçün Daxili İşlər Nazirliyinin bazasına sorğu göndəriləcək. Sifarişçi özü barədə məlumatları bölüşməyə icazə verdiyini təsdiqlədikdən sonra məlumatlar seçdiyi banka göndəriləcək. Məlumatlar bank tərəfindən yoxlanıldıqdan sonra sifarişçi ilə (ona uyğun olan zaman) əlaqə saxlanılacaq və bütün danışıqlar (video görüntülü zəng) qeydə alınacaq.
Qeyd olunan prosedurları keçdikdən sonra bank tərəfindən hesab açılacaq və sifarişçiyə müqavilə göndəriləcək. Sifarişçi bankı ona məxsus digər hesabların olub-olmadığı barədə məlumatlandırmalı olacaq.
Üçüncü meyara uğun olaraq sifarişçi 20 min manatadək hesab açmaq hüququna malik olacaq. Bunun üçün "e-imza"nın olması zəruridir.
Qeyd edək ki, məsafədən bank hesabının açılması xidmətinin gələn ilin əvvəlindən istifadəyə veriləcəyi gözlənilir. İlkin məlumata görə, xidmətdən istifadəyə görə komissiya tutulmayacaq. Xidmət ilkin olaraq debit kartlar üçün nəzərdə tutulur, növbəti mərhələdə isə xidmət kredit kartlar üçün də aktiv olacaq. Hazırda sistem 8 pilot banklar tərəfindən test olunur.
Xatırladaq ki, məsafədən bank hesabının açılması xidməti hüquqi şəxslər üçün də nəzərdə tutulub. Fiziki şəxslər üçün təqdim olunacaq xidmətdən fərqli olaraq, hüquqi şəxslər tərəfindən açılacaq hesablara limitlər qoyulmayacaq və istənilən halda hesab açmaq üçün e-imzanın olması zəruri olacaq.
Mənbə: https://fed.az/az/bank/mesafeden-bank-hesabinin-acilmasina-dair-meyarlar-mueyyenlecdirilib-63312

Accountsoft bölümünün son xəbərləri |