Azərbaycanda audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlanır

2019-09-18 | Audit | 42

Auditorlar Palatası audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlayır.

“Report” xəbər verir ki, bu barədə Palatanın sədri Vahid Novruzov “Audit xidməti haqqında” qanunun qəbulunun 25 illik yubileyi ilə bağlı keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, “İnnovasiya Konsepsiyası” adlı sənəd üzərində işlər bu ilin sonuna qədər başa çatdırılacaq.

“Konsepsiya audit xidmətini daha da təkmilləşdirəcək. Bunun üçün xarici təcrübə öyrənilir”, - deyə o, qeyd edib.

V.Novruzov həmçinin əlavə edib ki, rəhbərlik etdiyi qurum “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsi üzərində işləri başa çatdırmaq üzrədir: “Bu sənəddə kölgə iqtisadiyyatının azaldılması istiqamətində problemlər, onların həlli və digər məsələlər yer alacaq”.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-audit-sisteminde-innovasiyalarin-tetbiqi-ile-bagli-konsepsiya-hazirlanir/

Audit bölümünün son xəbərləri

2019-09-18 | Vahid Novruzov: Azərbaycanda audit sahəsinin liberallaşdırılması ilə bağlı təkliflər hazırlanır
2019-09-18 | Azərbaycanda audit sistemində innovasiyaların tətbiqi ilə bağlı konsepsiya hazırlanır
2019-07-21 | Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsinin mütəxəssislərinə sertifikatlar təqdim edilib
2019-07-12 | Auditorların reytinqi
2019-05-26 | Mikro və kiçik sahibkarlıq subyektləri məcburi auditdən azad edilir
2019-02-22 | Uçot və hesabatlılıq lazımi səviyyədə olmayan yerdə maliyyə nəzarətinin, o cümlədən auditin rolundan və əhəmiyyətindən danışmaq çətindir
2019-02-19 | Hesablama Palatası “Uyğunluq auditinə dair Təlimat”ı təsdiqləyib
2019-01-31 | Auditorlar Palatası Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək
2019-01-17 | Auditorlar Palatası iqtisadi subyektləri müstəqil auditor cəlb etməyə çağırıb
2018-12-23 | Auditorlar Palatası iqtisadi subyektləri kənar auditor cəlbinə çağırır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!