Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışı daxil ediləcək

2019-09-06 | Kadr işi | 619

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir. Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.

Mənbə: http://sosial.gov.az/post/2593

Kadr işi bölümünün son xəbərləri

2019-11-20 | Əmək münasibətləri nə zaman yaranır?
2019-11-19 | Əmək stajına görə əlavə məzuniyyət necə müəyyən edilir?
2019-11-15 | Əmək müqavilələrinin bildiriş sistemi ilə Məşğulluq altsistem inteqrasiya olunur
2019-11-07 | İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?
2019-11-01 | İşçi güzəşt hüququnu təsdiq edən sənədləri gec təqdim edərsə, güzəşt əvvəlki dövrə tətbiq olunurmu?
2019-10-30 | On beş yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilərmi?
2019-10-30 | Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı vergi öhdəliyi
2019-10-29 | Vəzifə dəyişiklikləri zamanı prosedurlar
2019-10-24 | Ezamiyyə xərclərinin hesablanması qaydası
2019-10-24 | Əməkhaqqından gəlir vergisinin tutulması və sosial sığortanın hesablanması qaydaları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!