İşçilərin sığortasına nəzarət başlayır – SİSTEM HAZIRDIR

2019-08-29 | Kadr işi | 3920

Azərbaycanda əmək müqaviləsi olan işçilərlə istehsalatda bədbəxt hadisələrdən sığortası olmayan işçilərin siyahısının tutuşdurulması üçün yeni sistem işə düşüb. FED.az xəbər verir ki, bu siyahıların bir-birinə inteqrasiya edilməsi sığortalanmayan işçilərin aşkar edilərək sığotalanmasına şərait yaradacaq.

Qeyd edək ki, bu sistemin qurulması üçün işlərə bir neçə il əvvəl başlanıb. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), İSB və üç həyat sığorta şirkəti (“Paşa Həyat Sığorta” ASC, “Qala Həyat” Sığorta Şirkəti ASC və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC) arasında 28 sentyabr 2018-ci il tarixində bağlanmış Anlaşma Memorandumu imzalanmışdı.

Palatadan FED.az-a bildirilib ki, bu anlaşma çərçivəsində görülən işlər nəticəsində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyul ayları ərzində 17% (4 mln. manat) artıb və bu sahəyə nəzarət gücləndirilib.

Eyni zamanda, istehsalatda bədbəxt hadisələrin icbari sığortası üzrə məlumat mübadiləsinin təmin edilməsi məqsədilə informasiya sistemlərinin inteqrasiyası üçün Palata, İSB və ƏƏSMN tərəfindən birgə işlər görülüb və inteqrasiya prosesi tamamlanaraq bütün sığorta müqavilələri elektron formata keçirilib.

Mənbə: https://www.fed.az/az/sigorta/iscilerin-sigortasina-nezaret-baslayir-sistem-hazirdir-62501

Kadr işi bölümünün son xəbərləri

2023-12-26 | 2024-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2023-10-20 | Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-10-12 | Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik
2022-12-20 | 2023-cü il üçün istehsalat təqvimi və iş vaxtı norması
2021-06-11 | Əmək Məcəlləsinə edilən dəyişikliklər qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirəcək
2021-02-22 | İşləməyə davam edən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
2021-01-31 | Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi
2021-01-29 | Dövlət bağçalarında əməkhaqqına görə ayırmalar və uşaqlar üçün ərzaq məhsullarının hesablanması qaydası dəyişib
2021-01-29 | Əmək kitabçaları dövriyyədən çıxarılacaq
2021-01-29 | İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!