Pensiya kapitalı nə qədər arta bilər?

2019-08-15 | Kadr işi | 946

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" fərmana əsasən, qanunun "Əmək pensiyalarının indeksləşdirilməsi" ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Dəyişikliklərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəlində öncəki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq. Fərmanın bu hissəsini izah edən iqtisadçı eksrert Vüqar Bayramov dəyişikliyi misallarla izah edib.

İqtisadçının sözlərinə görə, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq: "Ötən il əmək pensiyasının sığorta hissəsində və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqındakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik.

Eyni zamanda, rəsmi illik inflyasiya dərəcəsinin hesablanması mexanizminin və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə, inflyasiya dərəcəsi üzrə indeksasiya oluna bilmirdi".

Bəzi illərdə nominal orta aylıq əməkhaqqındakı artımın inflyasiya səviyyəsindən çox ola biləcəyini istisna etməyən ekspert, strateji olaraq, inflyasiya səviyyəsinin əməkhaqqı artımından daha çox olduğunu və bunun indeksasiya məbləğinə təsir göstərdiyini qeyd edib.

Mənbə: https://vergiler.az/news/economy/3614.html

Kadr işi bölümünün son xəbərləri

2020-05-21 | Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək
2020-05-16 | İşsiz şəxslərin özünüməşğulluğunun təşkili - QAYDASI TƏSDİQ EDİLİB
2020-05-16 | Koronavirusla mübarizə aparan həkimlərin maaşı barədə - RƏSMİ AÇIQLAMA
2020-05-16 | Azərbaycanda 8 gün qeyri-iş günü olacaq - RƏSMİ
2020-05-02 | Baş Nazir sosial müavinətlərlə bağlı qərara dəyişiklik etdi
2020-04-24 | May ayında bayrama görə neçə gün iş olmayacaq? - TƏQVİM
2020-04-24 | Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək
2020-04-09 | Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?
2020-04-03 | Nazirliklər işəgötürənlərə bir daha sərt xəbərdarlıq etdilər
2020-04-03 | İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!