Baş nazirdən işədüzəltmə firmaları haqda yeni tələblər

2019-08-13 | Kadr işi | 191

Baş Nazir Novruz Məmmədov "İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”i təsdiq edib.

Qaydalar "Məşğulluq haqqında” qanuna uyğun olaraq hazırlanıb və Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, vətəndaşların xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq” altsistemində qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə etməklə Reyestri elektron formada aparır.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir.

Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

  • hüquqi şəxsin adı;
  • hüquqi şəxsin hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;
  • hüquqi şəxsin təşkilati-hüquqi forması;
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommer-siya qurumu üzrə həmçinin qeydiyyat nömrəsi;
  • hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
  • hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;
  • hüquqi şəxsin ləğvetmə prosesində olub-olmaması.
  • işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatlar Reyestrə bilavasitə hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxslər tərəfindən daxil edilir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər

  • Reyestrdə qeydiyyatdan keçməlidir;
  • iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;
  • işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;
  • Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.

AR Nazirlər Kabinetinin Qərarının tam mətni ilə buradan tanış ola bilərsiniz

Mənbə:

Kadr işi bölümünün son xəbərləri

2019-08-15 | Pensiya kapitalı nə qədər arta bilər?
2019-08-15 | Əmək pensiyasının minimum məbləği artırılıb
2019-08-14 | Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
2019-08-14 | Böyük qonşumuz həftədə 4 gün iş sisteminə keçməyə hazırlaşır
2019-08-13 | Dövlət orqanları, yerli və xarici şirkətlərdə məşğulluğa nəzarət qaydası müəyyənləşib
2019-08-13 | Baş nazirdən işədüzəltmə firmaları haqda yeni tələblər
2019-08-13 | Mühasib, xəzinədar və katibələrin aylıq vəzifə maaşları artırılıb.
2019-08-12 | Müəllimlərin saathesabı əməkhaqqı artırılıb
2019-08-12 | Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb
2019-07-31 | Beş gündə münasib işlə təmin edilməyənlər işsiz kimi qeydə alınacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!