İşəgötürənlə işçi arasında əmək münasibətləri nə zaman yaranır...

2019-07-31 | Kadr işi | 153

Artıq 5 ilə yaxındır ki, əmək müqavilələrinin elektron qeydiyyatı sistemi yaradılıb. İşçilərin bu sistemdə qeydiyyatını təsdiq edən müvafiq sənəd olmadan, əmək müqaviləsi bağlanılsa belə, onların işlədilməsi işəgötürən üçün müvafiq məsuliyyətlər doğurur. Qeyd edək ki, 27 dekabr 2013-cü il tarixli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbayan Respublikasının Qanunu ilə 03 fevral 2014-cü il tarixindən işçinin əmək müqaviləsi bildirişi olmadan işlədilməsi qadağandır.

İqtisadçı ekspert Anar Bayramov həmin qanuna istinad edərək bildirib ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Öncə işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinin 1-ci Əlavəsi kimi təsdiq olunmuş nümunəvi əmək müqaviləsi (nümunəvi forma son bölmədə yerləşdirilib) əsasında münasibətlər yazılı şəkildə rəsmiləşdirilir. E-gov.az saytında aparılan əməliyyatların nəticəsi olaraq, işçi işə bildiriş alındıqdan sonra başlaya bilər.

Hansı vəzifələr üçün yalnız kağız üzərində əmək müqaviləsi kifayət edir?

Qanunvericiliklə müəyyənləşdirilən elə vəzifələr də var ki, bu halda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə daxil edilməsi tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı"nın təsdiq edilməsi haqqında fərmanına əsasən, dövlət orqanlarında əmək müqaviləsinin yalnız kağız üzərində, yazılı formada bağlanmasına icazə verilən vəzifələrin (peşələrin) tam siyahısı belədir:

  • Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr; - Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;
  • Seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, əmək müqavilələrinin rəsmiləşdirilməsi qaydası, işəgötürən və işçinin vergi və sosial öhdəlikləri təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;
  • Prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr;
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.

Xarici ölkə vətəndaşının işə qəbulu necə rəsmiləşdirilməlidir?

Ölkəmizdə yerli işçi ilə əcnəbi işçinin işə qəbulu prosedurlarında əsaslı fərqlər var. Vergi ödəyicisi xarici ölkə vətəndaşı işə qəbul etməmişdən öncə iş icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Əcnəbi işçinin əmək müqaviləsinin müddəti iş icazəsindən çox olmamalıdır. Həmin vətəndaşı işə qəbul etdikdən sonra işəgötürən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini qeydiyyata aldırır. Yerli işçilərdə olduğu kimi, əcnəbi işçilər üçün də əmək kitabçası açılmalı, onlar sosial sığorta şəhadətnaməsi ilə təmin edilməlidirlər.

İqtisadçı ekspert deyir ki…

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, ölkədə əmək münasibətlərinin təkmilləşdirilməsi istiqamətində atılan son addımlar bu sahədə əsaslı irəliləyişlərin əldə olunması ilə nəticələnib: "Vergi islahatları ilə nəzərdə tutulmuş və cari ilin əvvəlindən tətbiq edilməyə başlanmış yeniliklər bu sahədə ciddi uğurların əldə olunmasına hesablanmışdı. Dörd ay ərzində əmək müqavilələrinin sayında 81 min artım qeydə alınıb ki, bunun da 58 mini qeyri-neft sektorunun özəl bölməsinin payına düşür. Bu, kifayət qədər ciddi irəliləyişdir. Əmək münasibətlərinin bu şəkildə rəsmiləşdirilməsi iqtisadiyyatın "kölgədə" olan hissəsinin leqallaşdırılması deməkdir.

Yeni əmək müqavilələrinin 60 faizə qədəri əvvəllər əmək müqavilələrinin bağlanmasından yayınma halları daha çox müşahidə olunan ticarət, tikinti və xidmət sektorunda çalışanların payına düşür. Bu sahədə vəziyyətin güzəştlər mexanizmi vasitəsilə tənzimlənməsi ən düzgün seçimdir. Əmək müqavilələrinin sayında baş vermiş bu artım icbari sığorta ödənişləri sahəsində daxilolmaların əsaslı şəkildə artmasına şərait yaradır. Cari ilin ilk 4 ayı ərzində bu sahədə 17 faizdən çox artım müşahidə edilib".

F.Yusifov bildirib ki, bu, öz növbəsində, indiyə qədər qeyri-leqal formada fəaliyyət göstərən iş adamlarının könüllü olaraq rəsmi fəaliyyətə keçməsi deməkdir. Digər tərəfdən isə əmək münasibətlərinin bu şəkildə tənzimlənməsi işçilərin pensiya təminatı üçün çox önəmlidir.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/3288.html

Kadr işi bölümünün son xəbərləri

2019-08-15 | Pensiya kapitalı nə qədər arta bilər?
2019-08-15 | Əmək pensiyasının minimum məbləği artırılıb
2019-08-14 | Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
2019-08-14 | Böyük qonşumuz həftədə 4 gün iş sisteminə keçməyə hazırlaşır
2019-08-13 | Dövlət orqanları, yerli və xarici şirkətlərdə məşğulluğa nəzarət qaydası müəyyənləşib
2019-08-13 | Baş nazirdən işədüzəltmə firmaları haqda yeni tələblər
2019-08-13 | Mühasib, xəzinədar və katibələrin aylıq vəzifə maaşları artırılıb.
2019-08-12 | Müəllimlərin saathesabı əməkhaqqı artırılıb
2019-08-12 | Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb
2019-07-31 | Beş gündə münasib işlə təmin edilməyənlər işsiz kimi qeydə alınacaq

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir.

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!