Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçini əvvəlki işlərinə bərpa etdirib

2019-07-21 | Kadr işi | 647

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Mənbə: http://sosial.gov.az/post/2490

Kadr işi bölümünün son xəbərləri

2020-05-21 | Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək
2020-05-16 | İşsiz şəxslərin özünüməşğulluğunun təşkili - QAYDASI TƏSDİQ EDİLİB
2020-05-16 | Koronavirusla mübarizə aparan həkimlərin maaşı barədə - RƏSMİ AÇIQLAMA
2020-05-16 | Azərbaycanda 8 gün qeyri-iş günü olacaq - RƏSMİ
2020-05-02 | Baş Nazir sosial müavinətlərlə bağlı qərara dəyişiklik etdi
2020-04-24 | May ayında bayrama görə neçə gün iş olmayacaq? - TƏQVİM
2020-04-24 | Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək
2020-04-09 | Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?
2020-04-03 | Nazirliklər işəgötürənlərə bir daha sərt xəbərdarlıq etdilər
2020-04-03 | İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!