Əmək pensiyalarının artırılması Milli Məclisdə son oxunuşda təsdiq edildi

2019-07-13 | Kadr işi | 410

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mənbə: https://az.trend.az/business/3089611.html

Kadr işi bölümünün son xəbərləri

2019-10-17 | İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları
2019-10-15 | Əmək müqaviləsi üzrə məlumatların bildiriş bazasında göstərilməsi
2019-10-15 | İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə - BƏRPA OLUNUB
2019-10-15 | Tikintidə 1185 nəfərin müqavilə olmadan işə cəlb edildiyi - AŞKAR EDİLİB
2019-10-15 | Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir - NAZİRLİK
2019-10-15 | Əmək bazarında bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün iş aparılır
2019-10-10 | İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması
2019-10-08 | Sığortaya görə gəlir vergisinə azadolma məbləğinin tətbiqi
2019-10-04 | Dəymiş zərərə görə kompensasiyanın hesablanması
2019-09-26 | Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektronlaşdırılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!