Sertifikasiyalar - CPA


Sertifikaın vətəni: ABŞ
Rəsmi saytları: www.aicpa.org
Təlimin müddəti: 10 aya gədər.
Təlimin qiyməti: 7 000 AZN + 1 000$ imtahanlar.
Dil: Ingilis

CPA (Certified Public Accountant) - Sertifikatlı Peşəkar Mühasib - maliyyə və mühasibat uçotu sahəsində ən məşhur sertifikasiyadır. CPA sertifikatı ABŞ-nın AICPA (American Institute of Certified Public Accountants – Amerika Sertifikatlı Peşəkar Mühasiblər İnstitutu) təşkilatı tərəfindən verilir. Bu təşkilatın dünyada minlərlə sertifikatlı mütəxəssisləri var.

CPA sertifikatı audit, vergitutma, maliyyə uçotu və hesabatları sahələrində mühasibin peşəkar biliklərinin olmasını təsdiqləyir. Sertifikata sahib olmaq üçün 4 imtahandan müvəffəqiyyətlə keçmək lazımdır: audit; maliyyə uçotu və maliyyə hesabatları; vergi və hüquq; biznes mühiti. İmtahanlar test və tapşırıqlardan ibarətdir. Tapşırıqlar yazılı həll edilməli və əsaslandırılmalıdır. İmtahanlar yalnız ABŞ-da AICPA təşkilatı tərəfindən keçirilir.

CPA imtahanı 4 hissədən ibarətdir. İmtahanın hər hissəsi ayrı-ayrılıqda verilir. Amma 4 imtahanı 18 ay müddətində vermək lazımdır. Bu o deməkdir ki, 4-cü hissəni 1-ci hissəni verdikdən sonra 18 ay ərzində vermək lazımdır. Aşağıda imtahanın hissələri və onların müddəti verilib:

  1. Audit və attestasiya - 4.5 saat
  2. Maliyyə uçotu və hesabatları - 4 saat
  3. Tənzimləmə - 3 saat
  4. Biznes mühit və konsepsiyalar - 2.5 saat
Hər imtahan komputer vasitəsi ilə keçirilir. İmtahanın bütün hissələri suallardan və onlara olan cavablardan ibarətdir. İmtahanın bütün hissələrində, "Biznes mühit və konsepsiyalar" hissəsindən başqa, verilən mövzular üzrə yazılı esselər var. Esselərin nümunələri namizədlərə imtahana hazırlaşma zamanı verilir.

Bütün imtahanlardan müvəffəqiyyətlə keçdikdən sonra namizəd təsdiq etməlidir ki, onun, mühasibat uçotu, audit və ya vergilər sahəsində iki il iş təcrübəsi var və bu təcrübə CPA lisenziyalı rəhbər tərəfindən idarə edilərkən yığılıb. Eyni zamanda o zəmanət məktublarını da təqdim etməlidir.

Imtahanları aşağıda göstərilən aylarda vermək olar

  • Yanvar və Fevral
  • Aprel və May
  • İyul və Avqust
  • Oktyabr və Noyabr
İmtahanlar yalnız ABŞ ərazisində verilə bilər. İmtahanlar kompüterləşdirilmiş olduğuna görə, namizəd imtahanları bütün ştatlarda verə bilər.

CPA imtahanı - dünyada tanınmış yüksək səviyyəli mühasibat kvalifikasiyasıdır. Bu kvalifikasiya audit, mühasibat uçotu və vergilər sahəsində işləyən mütəxəssilər üçün lazımdır.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!