Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında

2017-10-05 | Hüquq | 3999

1. Normativ sənədlər: Kommersiya və publik hüquqi şəxslərin (bundan sonra- hüquqi şəxs) ləğv edilməsi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və  Vergi Məcəlləsinin müddəaları, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir.

2. Müraciət forması:  Kağız (əlbəəl və ya poçt vasitəsi ilə).

3. Ərizənin təqdim olunduğu vergi orqanı: Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan Mnuxtar Respublikasının  Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Ərazi Vergilər Departamentinin və Ərazi Vergilər İdarəsinin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır).

3. Hüquqi şəxsin ləğv edilməsi əsasları:  Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi  şəxs aşağıdakı hallarda ləğv oluna bilər:

3.1. təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə;

3.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;

3.3. müflis elan olunduqda.

4. Hüquqi şəxsin “ləğv prosesində” olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanına təqdim edilən sənədlər:

4.1.Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini qeydiyyat orqanına təqdim etməlidir:

-ərizə (“Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” Ərizə)

- ləğvetmə barədə qərar;

-ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;

- hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd;

- möhür.

4.2.Hüquqi şəxs müflis elan olunduqda müflis elan edilmə  barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya borclu müəssisənin müflis elan olunması barədə kreditorların ilkin yığıncağının qərarı qeydiyyat orqanına təqdim olunmalıdır.

4.3. Qeyd olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydi hüquqi şəxslərin dövlət reyestrinə daxil edir, ləğvetmə komissiyasının üzvlərini və ya təsviyəçini qanuni təmsilçi kimi qeyd edib reyestrdən çıxarışı təqdim edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində "ləğv prosesindədir" yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra "ləğv prosesindədir" sözləri əlavə edilir.

5. Ərizənin qəbulu zamanı yoxlanılmalı və məlumatlandırılmalı məsələlər: Vergi ödəyicilərinin uçot məlumat bazasında dövlət qeydiyyatı və vergi uçotu ləğv edilən hüquqi şəxslər barədə aşağıdakı halların mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır:

5.1. qeydiyyatı və uçotu ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu;

 5.1.1. hüquqi şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;

5.1.2.hüquqi şəxsin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotunda olub-olmaması;

5.1.3. hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;

5.1.4. hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə Pos-terminalının qeydiyyatda olub-olmaması;

5.1.5.hüquqi şəxsin aktiv bank hesablarının olub-olmaması;

5.1.6. hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;

5.1.7.hüquqi şəxsin təqdim edilməmiş bəyannamələrinin (hesabatlarının) olub-olmaması.

5.2. Qeyd olunan hallardan biri olduqda hüquqi şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər (Aktiv uçot vahidlərinin bağlanılması ilə əlaqədar ərizə və sənədləri, təqdim edilməmiş bəyannamələri təqdim etmək, dövlət büdcəsinə vergi borcunun ödənilməsi və s) görülməlidir.

6. Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün qeydiyyat orqanına təqdim olunan sənədlər:

6.1. Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

 6.1.1. ləğvetmə balansı;

 6.1.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabat və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd ( iştirakçılarla son hesablaşmanın aparıldığını təsdiq edən akt, iştirakçıya ayrılan məbləğin onun adına bankda açılmış hesaba ödənildiyini təsdiq edən hesabdan çıxarış, ödəniş sərəncamı və digər ödəniş sənədi);

6.1.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür;

 6.1.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatasının arayısı.

6.2. Təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə  uyğun olduqda qeydiyyat orqanı sənədləri aldığı vaxtdan 7 gün müddətində hüquqi şəxsin dövlət  reyestrdən çıxarılmasını təmin edir.

7. Hüquqi şəxsin ləğv olunması üçün müddət.

7.1. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına  səbəb olur. Bu halda  hüquqi şəxslərin dövlət reyestrindən hüquq şəxsin ləğvetmə prosesində olması barədə qeyd çıxarılmaqla, təqdim edilmiş sənədlər bildirişlə ləğvetmə komissiyasına (təsviyəçiyə) təqdim olunur.

Qeyd: Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsinə kommersiya və publik hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!