Mərhələli metod ilə istehsala məsrəflərin uçotu.
2017-08-24 | Mühasibat uçotu | 7805
Mərhələli metodunda əsas istehsal məsrəflərinin uçotu müəssisədə 2 üsul ilə aparıla bilər: yarımfabrikat və yarımfabrikatsız.
Məhsul istehsalının texnoloji prosesi müxtəlif mərhələlərə bölünə bilər. Belə olduqda, hər bir mərhələnin nəticəsi növbəti texnoloji mərhələdə istifadə və emal edilməlidir. Bu məhsullara yarımfabrikatlar deyilir.
Bеlə müəssisələrdə nəinki hazır məhsul, həm də ilkin və aralıq yarımfabrikatlar kalkulyasiya еtmənin оbyеkti hеsab оlunur. Mərhələ mеtоdunda məsrəflərin əksər hissəsi əvvəlcə sехlər yaхud mərhələ üzrə, sоnra isə оnların daхilində məhsul növləri üzrə uçоta alınıb sistеmləşdirilir.
Yarımfabrikat üsulunda isə müxtəlif mərhələlərdə istehsal edilən məhsullar xüsusi anbarda toplanır, və sonra oradan növbəti mərhələlərdə son məhsulun istehsalı üçün müvafiq bölmələrə göndərilirlər.
Yarımfabrikatsız üsulda texnoloji prosesin müxtəlif mərhələlərində istehsal edilən məhsullar ayrı hesabda yarımfabrikat kimi uçota alınmırlar. Onlar bitməmiş istehsal kimi 202-ci hesabda uçota alınırlar.
Öz istеhsalının yarımfabrikatları təkcə istеhsalın növləri mərhələlərində istifadə оlunmur, həmçinin məmulat və yarımfabrikat kimi kənar müəssisələrə satıla bilər. Tохuculuq, gön-dəri, kimya, qara mеtallurgiya, ağac emalı, tikinti matеrialları istеhsal еdən sahələrdə bu üsul gеniş istifadə оlunur.
Bu əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə uçota alınır:
N | Əməliyyatın məzmunu | Debet | Kredit | Məbləğ |
1 | Hazırlanmış yarımfabrikatlar anbara verilir | 201 "Material ehtiyatları" | 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" | - |
2 | Yarımfabrikatlar anbardan istehsala verilir verilir | 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" | 201 "Material ehtiyatları" | - |
3 | Kənara satılan yarımfabrikatların dəyəri silinir | 701-3 "Satılmış malların (hazır məhsulun) balans dəyəri" | 201 "Material ehtiyatları" | - |
Yarımfabrikatları anbara mədaxil etmək üçün onların dəyəri müəyyən ediməlidir. Bunun üçün hər mərhələnin sonunda onların maya dəyərini müəyyən etmək lazımdır. Lakin, yarımfabrikatlrın istehsalı çoxlu mərhələlərdən keçirsə bu çox mürəkkbəb və çətin bir prosesə çevrilir. Yarımfabrikatların maya dəyərinin müəyyən ediməsi üçün bitməmiş istehsalın qiymətləndirilməsinin müxtəlif metodlarından istifadə etmək olar:
- xammal, material və yarımfabrikatların dəyəri ilə;
- müstəqim (birbaşa) xərc maddələri ilə;
- faktiki istehsal maya dəyəri ilə;
- normativ istehsal maya dəyəri ilə.
Misal.
Müəssisədə məhsulun istehsalı 2 texnoloji mərhələdən ibarətdir. 1 N-li sexdə emal edildikdən sonra məhsullar yarımfabrikat şəklində uçota alınır və anbara mədaxil edilir. Sonra bu yarımfabrikatlar 2 N-li sexə son emal üçün anbardan verilir. Cari ayda 1 N-li sexin xərcləri təşkil etmişdir: istehsala verilmiş materialların dəyəri - 8 000 AZN; istehsalatda istifadə edilmiş materiallar 7 500 AZN; hesablanmış əmək haqqı – 3 000 AZN; hesablanmış sosial sığorta ödənişləri – 660 AZN; əsas vəsaitlərin amortizasiyası - 150 AZN; elektrin enerjisi - 250 AZN, köməkçi istehsalın xərcləri - 350 AZN
İstehsal edilmiş yarımfabrikatların maya dəyərini müxtəlif metodlar ilə müəyyən edək. Xammal, material və yarımfabrikatların dəyəri ilə Cari ayda yarımfabrikatların istehsalı üçün sərf edilən materialların dəyəri 7 500 AZN olmuşdur. Beləliklə yarımfabrikatlar anbara mədaxil edilərkən onların maya dəyəri 7 500 AZN olacaqdır. Müstəqim (birbaşa) xərc maddələri ilə. Bu metodda yarımfabrikatların maya dəyərinə istehsala sərf edilən faktiki materialların dəyəri daxil edilir, qalan birbaşa məsrəflər isə hazır yarımfabrikatların və bitməmiş istehsalın arasında bölünür. Birbaşa məsrəflərin cəmi məbləği. Materiallardan başqa olmuşdur: 3 000 + 660 = 3 660 AZN Hazır yarımfabrikatların payına düşən birbaşa məsrəflərin məbləği olacaqdır: (3 660 / 8000) * 7500 = 3 431 AZN Yarımfabrikatların payına düşən cəmi birbaşa məsrəflər olacaqdır: 7 500 + 3 431 = 10 931 AZN Faktiki məsrəflərin cəmi əsasında Bu metodda yarımfabrikatların dəyərinə onların payına düşən birbaşa məsrəflərin məbləği, və dolayısı məsrəflərin bir hissəsi (birbaşa məsrfələrə mütənasib olaraq) daxil edilir. Dolayısı məsrəflərin məbləği: 150 + 250 + 350 = 750 AZN Birbaşa məsrəflər: 8 000 + 3 000 + 660 = 11 660 AZN Hazır olan yarımfabrikatların payına düşən birbaşa məsrəflər: 10 931 AZN Hazır olan yarımfabrikatların payına düşən dolayı məsrəflərin payı: (750 / 11 660) * 10 931 = 703 AZN Hazır olan yarımfabrikatların payına düşən ümumi məsrəflər (birbaşa + dolayı): 10 931 + 703 = 11 634 AZN
|
Yarımfabrikat metodunun əsas çatışmamazlıqları hər bir mərhələdə yarımfabrikatların maya dəyərinin hesablanmasının mürəkkəb olması və hesablamalar aparmaq üçün çox vaxt sərf edilməsidir. Bundan başqa, bu metoddan istifadə edilərkən 202-ci hesabın dövriyyəsi artır. Beləki, texnoloji prosesin mərhələlərinin sayının çox olması nəticəsində növbəti mərhələlərin yarımfabrikatlarının maya dəyəri carı mərhələnin xərcləri və öncəki mərhələnin yarımfabrikatları dəyəri əsasında formalaşır. Və nəticədə eyni məsrəflər 202-ci hesabın dövriyyəsini artırır.
Mənbə: www.muhasib.az