Startaplara tətbiq olunan vergi güzəştləri və onların fərqləndirilməsi

2026-03-11 | Vergilər | 21

Son illərdə innovativ biznes fəaliyyətinin təşviq edilməsi məqsədilə Azərbaycan Respublikasının vergi qanunvericiliyində startaplar üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Bu güzəştlər, əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.31 və 106.1.23-cü maddələri ilə tənzimlənir və innovasiya fəaliyyətinin inkişafına dəstək vermək məqsədi daşıyır.

Sərbəst mühasib Nurlan Mustafayev qanunvericiliyin bu tələblərini və güzəştləri “vergiler.az”a şərh edir.

“Startap” şəhadətnaməsi və vergi güzəşti

Vergi Məcəlləsinin 102.1.31-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi almış fiziki şəxslərin həmin şəhadətnamədə göstərilən innovasiya fəaliyyəti üzrə əldə etdikləri gəlirlər şəhadətnamənin alındığı tarixdən etibarən 3 il müddətinə gəlir vergisindən azaddır. Eyni zamanda, həmin Məcəllənin 106.1.23-cü maddəsinə görə, “Startap” şəhadətnaməsi almış hüquqi şəxslərin startap layihəsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət 3 il müddətinə mənfəət vergisindən azad olunur.

Bu güzəştlər startap fəaliyyətinin inkişafını stimullaşdırmaq, yeni texnologiyaların tətbiqini təşviq etmək və innovativ layihələrin maliyyə yükünü azaltmaq məqsədi daşıyır.

Güzəştlərin tətbiq dairəsi

Startaplara vergi güzəşti yalnız aşağıdakı hallarda tətbiq olunur:

  • “Startap” şəhadətnaməsində göstərilən innovasiya fəaliyyəti üzrə əldə edilən gəlirlərə;
  • Şəhadətnamənin alındığı tarixdən sonra əldə edilən gəlirlərə;
  • Maksimum 3 il müddətinə.

Əgər mikro və ya kiçik sahibkarlıq subyekti və ya fərdi sahibkar “Startap” layihələrindən başqa, digər fəaliyyətlər də həyata keçirirsə, həmin fəaliyyətlərdən əldə olunan gəlirləri ümumi qaydada vergiyə cəlb edilir.

Misal:

Fərz edək ki, fiziki şəxs olan sahibkar 2025-ci il ərzində innovasiya fəaliyyəti ilə məşğul olub. Sahibkarın 2025-ci ilin yanvar-mart ayları ərzində elektron qaimə-fakturalar üzrə gəliri 25.000 manat təşkil edib. Daha sonra sahibkar 1 aprel 2025-ci il tarixindən həmin fəaliyyət üzrə “Startap” şəhadətnaməsi alıb, aprel-dekabr aylarında isə 14.000 manat gəlir əldə edib. Bu halda vergi güzəştinin tətbiqi aşağıdakı kimi olacaq:

Yanvar–mart aylarında əldə olunan gəlir – 25.000 manat.

Bu dövrdə sahibkarın “Startap” şəhadətnaməsi olmadığı üçün həmin gəlir adi qaydada gəlir vergisinə cəlb olunur.

Aprel-dekabr aylarında əldə olunan gəlir – 14.000 manat.

Bu gəlir “Startap” şəhadətnaməsinin alındığı tarixdən sonra əldə edildiyi üçün Vergi Məcəlləsinin 102.1.31-ci maddəsinə əsasən, gəlir vergisindən azad olunur.

Vergi bəyannaməsində əks etdirilmə

Fiziki şəxs olan sahibkar 2025-ci il üzrə təqdim edəcəyi gəlir vergisi bəyannaməsində aşağıdakı məlumatları göstərməlidir:

- Vergiyə cəlb olunan gəlir – 25.000 manat;

- Vergidən azad olunan gəlir – 14.000 manat.

Bu məbləğlər bəyannamədə müvafiq bölmələr üzrə ayrıca göstərilməlidir.

Qeyd edək ki, Vergi Məcəlləsində startap fəaliyyəti üçün nəzərdə tutulan vergi güzəştləri innovativ sahibkarlığın inkişafına mühüm dəstək verir. Lakin bu güzəştlər yalnız “Startap” şəhadətnaməsinin alındığı tarixdən sonra əldə edilən gəlirlərə tətbiq olunur. Buna görə də sahibkarlar vergi uçotunu düzgün aparmalı, gəlirləri dövrlər üzrə dəqiq ayırmalı və vergi bəyannamələrində düzgün şəkildə əks etdirməlidirlər.

“Startap” layihələrinin düzgün vergi planlaşdırılması həm sahibkarın maliyyə yükünü azaldır, həm də qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə imkan yaradır.

Mənbə: https://vergiler.az/news/taxes/38550.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2026.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!