Azərbaycanın regionlarında məşğulluq və işsizliyin tənzimlənməsinin istiqamətləri

2026-03-10 | | 43

“CƏNUBİ QAFQAZDA SİYASİ-DİPLOMATİK VƏ İQTİSADİ PROSESLƏR” mövzusunda

ELMİ-PRAKTİKİ KONFRANSIN MATERİALLARI

(21-22 noyabr, 2019-cu il)

Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə iqtisadiyyatın inkşafı birbaşa olaraq neft sektorundan asılı idi və zamanındakı bu təkyönlü iqtisadi inkişaf neft sektorundan kənarda qalan digər regionların iqtisadi inkişafına mənfi təsir etməsi nəticəsində işçi qüvvəsinin paytaxta axınına səbəb olurdu. Məhz bu şəraitdə neft sənayesinin inkişaf etdiyi regionla digər regionlar arasında iqtisadi inkişaf fərqinin azaldılmasına nail olmaq üçün dövlət tərəfindən müəyyən tədbirlərin görülməsi zəruri hala çevrilmişdir.

Ölkəmizdəki sosial-iqtisadi durum müstəqilliyin ilk illərində həm daxili, həm də xarici mənfi amillərin təsirinə məruz qalmışdır. Həmçinin, həyata keçirilən islahatların müəyyən dərəcədə ləng getməsi, regional istiqamətdə görüləcək tədbirlərə o qədər də fikir verilməməsi, qəbul edilmiş sərəncam, qanun və qərarların bütövlükdə ölkə səviyyəsində nəzərdə tutulması ayrı-ayrı regionlara məxsus plan, proqram, layihə və siyasətin olmaması bu mənfi hallardan idi.

Belə bir böhranlı vəziyyətdən xilas olmaqda "Əsrin müqaviləsi"nin bağlanmasının böyük əhəmiyyəti olmuşdur. Bunun sayəsində ölkəyə ilk böyük investisiya axınları gəlməyə başlamışdır ki, bu da ölkədəki böhranlı vəziyyətin aradan qaldırılmasına, bazar iqtisadiyyatının bərqarar olunmasına və iqtisadi tərəqqinin əldə edilməsinə şərait yaratmışdır.

Bu uğurlu addımın davamlı olması məqsədilə İlham Əliyev tərəfindən bir sıra sərəncamlar, fərmanlar imzalanmış, proqramlar qəbul edilmişdir. Regionların sosial-iqtisadi vəziyyətini düzəltək məqsədilə 11 fevral 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı" təsdiq edilmişdir. 2004-2008-ci illəri əhatələyən bu proqramın ikinci hissəsi isə 14 aprel 2009-cu ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosialiqtisadi inkişafı haqqında Dövlət Proqramı”, 27 fevral 2014-cü ildə isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı” adlı sənədin üçüncü hissəsi təsdiq edilmişdir. Proqramların qəbulunda əsas məqsəd regionlar arasında olan disproporsiyaların azaldılmasından və ya tamamilə ləğv edilməsindən, təbii və iqtisadi resurslardan, kadr və elmi texniki imkanlardan, xarici və yerli pul qoyuluşlarından səmərəli şəkildə istifadəyə nail olmaqdan ibarətdir.

Müxtəlif ərazilərin siyasi, sosial-iqtisadi, ekoloji inkişafına təsir etməklə regionların inkişafına nəzarət etmək mümkündür. Burada əsas məqsəd iqtisadiyyatın balanslaşdırılmış inkişafına nail olmaq, gəlirlərin ədalətlə bölüşdürülməsi, regionlarda həyat şəraitinin, sosial durumun, rifah halının yaxşılaşdırılması məsələlərini həyata keçirməkdir. Regionların balanslı, dinamik inkişafının əldə olunmasında ilk növbədə regional disproporsiyaların aradan qaldırılmasını və proporsiyaların rasionallaşdırılması nəzərdə tutu–lur. Regional tərəqqiyə nail olmaq üçün onlar arasında kəskin fərqlərin aradan qaldırılmasını və qeyri-bərabərliyi əmələ gəlməsini şərtləndirən amilləri zamanında həll edilməsini həyata keçirmək lazımdır. Müasir dövrdə bu idarəetmənin məqsədi cari və gələcək nəsillərə əlverişli həyat şəraitinin bəxş edilməsi, əhali üçün yüksək rifah halının təmin edilməsi, müxtəlif infrastrukturlu sahələrinin yaradılmasını, əhalinin məşğulluğa cəlb edilməsini, işsizlik dərəcəsinin azaldılmasını yerinə yetirməkdən ibarətdir.

Beləliklə məşğulluq nədir onu araşdıraq. Məşğulluq – ictimai əməkdə insanların iştirakına görə onlar arasında münasibətləri əks etdirən sosial-iqtisadi anlayışdır. [6, s108] Ölkədə həyata keçirilən iqtisadi siyasətin verimliliyini və ölkənin iqtisadi inkişafının dərəcəsini xarakterizə etmək üçün məşğulluğun səviyyəsinin mühüm bir makroiqtisadi göstərici olmasını yaddan çıxarmamalıyıq. Məşğulluğun durumuna bir çox faktorlar təsir edə bilər. Onları aşağıdakı kimi qruplaşdırmaq olar [6, s109]:

- sosial-demoqrafik amillərə: əhalinin sayı, onun yaş-cins tərkibi, ölkədəki demoqrafik durum, miqrasiya, təhsil səviyyəsi və əmək qabiliyyətli əhalinin təsnifatı aiddir;

- iqtisadi amillər: ölkənin iqtisadiyyatının strukturu, məhsuldar qüvvələrin inkişaf səviyyəsi, dövlət və qeyri-dövlət mülkiyyətlərinin nisbəti, sahibkarlıq faəliyyətinin formalaşmasının normativhüquqi bazası və sosial-iqtisadi mühiti, ilkin kapitalın yığım şərtləri, ETT-nin vəziyyəti və onun nəticələrinin istehsala tətbiq edilməsi imkanları;

- beynəlxalq amillər: ölkənin beynəlxalq əmək bölgüsündə yeri və ölkə iqtisadiyyatında xarici investisiyalarının həcmi;

- siyasi amillər: ölkədə və onun regionlarında siyasi-iqtisadi və hərbi-siyasi sabitlik, cəmiyyətin demokratikləşmə səviyyəsi;

- tənzimləyici amillər: dövlətin iqtisadi siyasətinin büdcə-vergi, pul-kredit, antiböhran, struktur, investisiya, antiinhisar və s. təbdirləri.

İqtisadiyyatda işsizliyin səviyyəsinin çox olması müxtəlif problemlərə səbəb olur ki, bu sosialiqtisadi tərəqqinin ümumi vəziyyətinə mənfi təsir göstərir. İşsizlik səviyyəsinin yüksək olması halında baş verəcək zərərlərə bunları misal göstərmək olar:

- işlə təmin olunmayan şəxslərin həyat keyfiyyətinin pisləşməsi;

- ÜDM-nin həcminin azalması; - çalışmayanlara ödənilən müavinətlərə görə dövlət büdcəsində xərclərin artması;

- vergi ödənişlərinin azalması və s.

Belə çıxır ki, işsizliyin yüksək həddə olması həm iqtisadiyyata, o cümlədən, fərdi olaraq hər bir şəxsə neqativ təsir göstərir. Xüsüsəndə regionlarda olan aşağı səviyyəli iqtisadi inkşaf və işsizliyin olması əhalinin həyat səviyyəsinin pisləşməsinə gətirib çıxarır. Bu məqsədlə regionların iqtisadi inkişafının təmin edilməsi prosesini optimallaşdırmaq bir qayda olaraq məhsuldar qüvvələrin səmərəli şəkildə yerləşdirilməsini tələb edir. Bunun üçün bir neçə prinsip mövcuddur:

- əmək resurslarının regionlar üzrə bölüşdürülməsi və istifadəsi rasional şəkildə həyata keçirilməlidir;

- məhsuldar qüvvələrin yerləşdirilməsi proporsional şəkildə həyata keçirilməli və onların dinamik inkişafı təmin edilməlidir;

- regionlarda mövcud olan təbii resurslardan səmərəli şəkildə istifadə edilməlidir;

- xammal mənbələri ilə istehsal sahələri bir-birinə yaxın şəkildə yerləşdirilməlidir. Bunun sayəsində məhsul istehsalı zamanı çəkilən xərclərə qənaət edilmiş olunar;

- ölkə səviyyəsində regional müdafiə qabiliyyəti yüksəldilməlidir;

- regionlardakı şəhər və kəndlərin arasındakı mövcud kəskin fərqlər aradan qaldırılmalı, onların sosial- iqtisadi inkişafı bir–birilərinə yaxınlaşdırılmalıdır.

Regionların inkişafını reallaşdırmaq üçün ən vacib və səmərə verəcək vasitə regional layihələndirmədir. Regional planlaşdırmanın üstünlükləri kimi aşağıdakıları vurğulamaq olar:

- regional layihələndirmə şəhər və rayonların planlaşdırma layihələrinin bir- biri ilə müqayisə və əlaqələndirilməsinə şərait yaradır;

- regional layihələndirmə milli proqram və planlara yerli informasiya ötürülməsində yaxşı vəsitədir;

- regional layihələndirmə regionlar üçün nəzərdə tutulmuş plan və proqramların dəqiqləşdirmə vasitəsidir.

Ölkəmizin zəngin təbii resurslara malik olması və əlverişli mövqedə yerləşməsi onun sosial– iqtisadi tərəqqisinə şərait yaradan amillərdən biridir. Lakin bu resurslar regionlar üzrə qeyri-bərabər bölündüyü üçün regionların inkişafı arasında kəskin fərqlər mövcuddur. Əsasən isə sənaye sahələrinin paytaxtda cəmləşməsi nəticəsində əmək qabiliyyətli insanların çoxunun buraya axınına səbəb olmuşdur. Bu isə regionların təsərrüfatının inkişafına mənfi təsir göstərmişdir. Bu şəraitdə regional sosial–iqtisadi inkişafı təmin etmək məqsədilə dövlət tənzimlənməsi zəruri olmuşdur.

2003-cü ilin noyabr ayının 17-sində keçirilmiş hökümət iclasında İlham Əliyev regional inkişaf proqramlarının reallaşdırılmasını, bu proqramlara böyük diqqət yetirilməsi ilə bağlı çıxış etmişdir. Bu çıxışın nəticəsi kimi 11 fevral 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı (2004-2008)” təsdiq edilmişdir. Burada əsas məqsəd kimi regionların iqtisadi imkanlarından səmərəli şəkildə istifadə etməklə müxtəlif sahələrin inkişafına, o cümlədən, ixrac istiqamətli istehsala təkan verilməsinə, yerli sahibkarlıq fəaliyyətinin inkişafına nail olunması nəticəsində əhalinin rifahının halının yaxşılaşdırılması, istehsal təşkilatlarının fəaliyyətinin genişləndirilməsinə, səmərəli məşğulluğun əldə edilməsinə və son nəticədə isə ümumilikdə ölkə iqtisadiyyatının dinamiki inkişafına nail olmaq məsələləri müzakirə edilmişdir.

Bu məqsədlərə nail olmaq üçün isə qarşıda bir neçə vəzifələrin həyata keçirilməsi durur. Bunlara aşağıdakılar aiddir:

- regionlarda yeni iş yerlərinin yaradılması işinə təkan vermək;

- yeni istehsalat firmaları yaratmaq və mövcud firmaların fəaliyyətini yenidən təşkil etmək;

- regionların investisiya cəlbediciliyini artırmaqla bölgəyə yeni sərmayəçilərin cəlb edilməsinə nail olmaq;

- regionların daxili əmək və təbii resurslarından verimli istifadəsini təşkil etmək;

- rayonlarda kənd təsərrüfatı ilə məşğul olan şəxlərə yardım məqsədilə müxtəlif xidmət mərkəzləri yaratmaq, burdakı texniki təminat sistemlərini yaxşılaşdırmaq;

- regionların inkişafı məqsədilə onlar üçün vacib olan infrastrukturların yaradılması və onların təkmilləşdirilməsinə nail olmaq. Regional inkişaf proqramlarının həyata keçirildiyi hər növbəti il özündən əvvəlki ilə nisbətən daha çox sosial–iqtisadi nailiyyət əldə edilmişdir.

Regionların inkişaf strategiyasının reallaşdırılması zamanı məhsuldarlıq və ədalətlilik prinsipi təmin edilməlidir. Bu iki prinsipin təmin edilməsində regionlarında struktur siyasəti mühüm vasitə kimi çıxış edir. Məhsuldarlıq prinsipi dedikdə, regionların hər birinin iqtisadi potensialının səmərəli şəkildə istifadə edilməsi, regionlardakı mövcud şəraitin nəzərə alınması ilə istehsalın rasional şəkildə yerləşdirilməsini nəzərdə tutulur.

Ədalətlilik prinsipində isə regionların sosial–iqtisadi inkişafının təmini zamanı həmin regionlardakı bütün region əhalisinin bərabər imkanlar və şəraitin (gəlirin səviyyəsi, yeni iş yerlərinin açılması) yaradılmasını nəzərdə tutulur.

Regionların inkişafının uğurlu təmin edilməsinin əsas şərti kimi regionların şəraitinə uyğun olaraq beynəlxalq təcrübədən istifadə etmək və tələbə uyğun inkişaf siyasətinin həyata keçirilməsini göstərmək olar. Regionların inkişaf siyasətini dövlətin iqtisadi siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır. Çünki dövlət öz daxili siyasətinə əsasən regionların inkişaf siyasətini formalaşdırır, həmçinin idarəetmə sisteminə uyğun regionların idarəetmə sistemi və strukturunu təşkil edilir.

Dövlətin həyata keçirdiyi regional sosial-iqtisadi inkişaf siyasətində bəzi faktorların təsirini nəzərə almaq lazımdır. Bunlara daxili və xarici faktorlar aid edilir. Daxili faktorlar kimi ölkə sərhədləri içərisində iqtisadiyyatın inkişaf səviyyəsi, təsərrüfatçılıq fəaliyyəti, mülkiyyət formalarının inkişaf nisbətləri və onlar arasındakı qarşılıqlı münasibətlər, hər bir regiounun əhalisinin yaşayış səviyyəsi, məşğulluğun təmin edilmə və qorunub saxlanılması səviyyəsi və s. göstərmək olar. Xarici faktorlar isə ölkənin ərzaq və iqtisadi təhlükəsizliyini qorunub saxlamasını, ölkənin beynəlxalq arenada iqtisadi və siyasi nüfuzunu və s. faktorları aid etmək olar. Dövlətin həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasəti hər bir regionun kompleks şəkildə sosialiqtisadi inkişafının tənzimlənməsi ilə həyata keçirilir. Kompleks şəkildə edilən layihələndirmə sayəsində təsərrüfat mexanizminin müxtəlif elementləri (regional idarəetmənin təşkilati strukturu, iqtisadi stimul, özünüidarə) ilə birlikdə həmin regionların qarşısına qoyulmuş cari və uzunmüddətli inkişaf məqsədlərinə çatmaq olur.

Araşdırmalar göstərir ki, işsizliyin azaldılması məqsədilə respublikamızda həyata keçirilən məşğulluq siyasəti öz bəhrəsini verir. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları regionlarda işsizliyin səviyyəsinin azaldılmasında böyük rolu olmuşdur. Həmçinin 2004-cü ildən başlayaraq ardıcıl olaraq qəbul edilən dövlət proqramları regionların sosial-iqtisadi inkişafının sürətlənməsində xüsusi rol oynayaraq regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin yaşayışının daha da yaxşılaşmasına şərait yaratmışdır.

Ölkəmizdə hal-hazırda həlli vacib sayılan problemlərdən biri də regionların sosial-iqtisadi cəhətdən inkişafının daha da artırılması, regionlar arasında mövcud olan və özünü kəskin şəkildə biruzə verən fərqlərin aradan qaldırılması və regionlarda səmərəli məşğulluğa nail olunmasıdır. Təcrübələrə əsasən deyə bilərik ki, regionların sosial-iqtisadi cəhətdən inkişafı hər bir ölkənin bu yöndə olan tərəqqisinin mühüm bir göstəricisidir. Bu nöqteyi-nəzərdən, regionların sosial-iqtisadi cəhətdən inkişafı dövlətin iqtisadi prioritetləri arasında mühüm yer tutur.

“Ölkənin bütün regionlarını sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək, əhalinin güzəranını daha da yaxşılaşdırmaq üçün regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək və digər tədbirləri həyata keçirmək lazımdır” [2, s105]

Ölkəmizin regionları arasında olan kəskin inkişaf fərqinin aradan götürülməsi və bu inkişafın bərabərləşdirilməsində güclü infrastrukturun qurulması, maliyyə axınının potensial sahələrə yönəldilməsi, yeni müəssisə və istehsal obyektlərinin yaradılması böyük kömək ola bilər. Ölkədə olan mövcud iqtisadi potensialdan maksimum istifadə olunması regionların inkişafından bilavasitə asılıdır. Bu o deməkdir ki, inkişaf müəyyən bir ərazi ilə məhdudlaşır. Belə olan halda iqtisadi resurslar belə ərazilərin yəni inkişaf etmiş iqtisadi regionların payına düşür. Bu isə onsuz da mövcud olan iqtisadi inkişaf arasında fərqi daha da yüksəldir. Bu fərq yaşayış səviyyəsində, işsizlik və məşğulluğun miqyasında özünü daha çox biruzə verir. İnkişaf fərqlərinin aradan qaldırılmasında ən zəruri həll yollarından biri kimi regionların maliyyə imkanlarını artırmaq üçün tədbirlər sisteminin görülməsini misal göstərmək olar.

Azərbaycanın regionlarının tarazlı inkişafının təmin edilməsi üçün mühüm tədbirlər görülüb. Hazırki vaxta qədər respublikada regionların sosial-iqtisadi inkişafı üçün üç dövlət proqramı qəbul edilib ki, hazırda sonuncu proqram uğurla reallaşdırılır.

Ümumi nəzər yetirdikdə, regionların sosial-iqtisadi inkişafı həmişə diqqət mərkəzində olmuşdur. Bu sahədə aparılan yeniliklər, islahatlar son nəticədə Azərbaycanın tərəqqisinə xidmət göstərmişdir. Ölkəmizdə regionların tarazlı şəkildə inkişafının əldə edilməsi, bunun nəticəsində paytaxt və digər regionlar arasında olan inkişaf fərqinin aradan qaldırılması məqsədilə davamlı layihə tədbirləri davam etdirilir. Bu hədəfə çatmaqda yəni regionların sosial-iqtisadi tərəqqisinə nail olmaqda sosialiqtisadi inkişaf proqramlarının rolu böyükdür. 2004-2018-ci illəri əhatə edən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan layihələr bu günə kimi uğurla həyata keçirilib.

Regional inkişaf proqramlarının icrasından 2016-cı ilədək olan dövr ərzində 60 mindən çox müəssisə fəaliyyət göstərməyə başlayıb. Bu dövr ərzində regionlarda ümumi məhsul buraxılışı 3,1 dəfə, rabitə xidmətləri 6,2 dəfə, əhaliyə təqdim olunan pullu xidmətlərin həcmi 6,3 dəfə, əhali gəlirləri 6,3 dəfə, sənaye məssulları 3,2 dəfə artmışdır. Ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, proqramların uğurla həyata keçirilməsinə görə bir çox göstəricilərin artım tempi dəfələrlə çox artıb.

Məsələn, regionlar tərəfindən ödənilən vergi məbləğləri 14.6 dəfə artıb və bu sayədə 8 rayon və şəhərdə xərclər yerli büdcə hesabına qarşılanır.[7]

Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılmış və 2019-cu ilin 6 ayı ərzində uğurla icra olunmuşdur.[9]

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının əsas uğurlu nəticələrindən biri də yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, 2004-cü ildən 2019-cu ilin ötən dövrü də daxil olmaqla ölkədə 2,3 milyon yeni iş yeri yaradılmışdır. Həmçinin IV Dövlət Proqramının icrası çərçivəsində 2019-cu ilin 6 ayı ərzində 92 min yeni iş yeri açılmışdır. Ümumilikdə, 2019-cu ilin 6 ayı ərzində ölkə əhalisinin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 27,4 milyard manata çatmış, onun hər nəfərinə düşən həcmi isə 5,7 faiz artaraq 2 2768,6 manat təşkil etmişdir. Aylıq nominal əməkhaqqı isə 7,9 faiz artaraq 583,7 manat olmuşdur. Hesabat dövründə ölkə üzrə 7198 yeni müəssisə yaradılmışdır.[9]

Nəticə və təkliflər.

Məşğulluq və işsizliyin təhlil edilməsi göstərir ki, regionlar arasında kəskin fərqlər mövcuddur. Demoqrafik amillərin təsir etdiyi iş qüvvəsi təklifi regionlar arasında o qədər də kəskin fərqlər doğurmur. Burada ən kəskin fərqlər regional məhsul və investisiya həcmlərindədir. Bu fərqlərin mövcudluğu regionlarda işsizlik, məşğulluq və əhalinin gəlirlərində böyük fərqlər yaradır. Bu fərqlərin səbəbi kimi, neft sektorunun sürətli inkişafının Bakıda gedən inkişaf proseslərinə təsirini göstərmək olar. Bu isə digər regionların inkişafının nisbətən geri qalmasına səbəb olur Digər regionlarda inkişafı və məşğulluğu təmin etmək üçün bir neçə istiqamətdən faydalanmaq olar:

- kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin və həmin məhsulların emalı ilə məşğul müəssisələr arasında əməkdaşlıq münasibətlərinin təşkil edilməsi düzgün seçim olardı. Bu zaman, kənd təsərrüfatı məhsulu yetişdirən və bu məhsulu emal edən müəssislərin vasitəçiyə ehtiyacı olmaması, nəqliyyat və başqa xərclərin azalması və digər səbəblər iqtisadi səmərəni artıra biləcək amillərdəndir.

- yüksək əmək qabiliyyətinə malik iqtisadi rayonlarda yeni iş yerlərinin yaradılması, müəssisələrin açılması məqsədəuyğun hesab etmək olar.

- investisiya cəlb ediciliyinin artırılması üçün investorlar üçün münbit şərait yaradılması, bütün investorların hüquqi bərabərliyinin təmin edilməsi ilə sosial-iqtisadi səmərə əldə etmək olar.

- hər bir iqtisadi rayonun resurs potensialını nəzərə alaraq hazır məhsul istehsalı ilə məşğul olan müəssisələrin yaradılması zəruridir.

- müəssisələrin texnoloji və istehsal proseslərinin artırılması, istehsal olunan məhsul növlərinin çoxaldılması. İstehsal edilmiş məhsul növlərinin təzələnməsi, dəyişən tələbə uyğun formalaşması istehsal edilmiş məhsullara tələbin olmasına şərait yaradır. Bu isə mövcud iş yerlərinin saxlanılmasına, yenilərinin yaradılması və müasirləşdirilməsinə imkan verir. Lakin bunun reallaşdırılması üçün kifayət qədər maliyyə təminatının olması vacibdir.

- regionlarda sosial-məişət infrastrukturu obyektlərinin tikilməsi. Bu əhalinin həmin məhsul və xidmətlərə olan tələbatının ödənilməsi ilə yanaşı, regionlarda iş yerlərinin artmasına da şərait yaradar

Əlavə etmək lazımdır ki, regionlarda iş yerlərinin yaradılması şəhərlərə nisbətən daha az məsrəflə başa gəlir. Deməli, regionlarda məşğulluğu təmin etmək daha az investisiya, daha az məsrəf tələb edir.

Beləliklə, regionlara investisiyaların yönləndirilməsi onlardakı məşğulluq probleminin həll edilməsinə, tədiyyə qabiliyyətli tələbin artmasına şərait yaradar. Bu isə, istehsal olunmuş məhsula olan tələbi artırmağa son nəticə kimi isə işçi qüvvəsinə olan tələbin yüksəlməsinə şərait yaradacaqdır.

ƏDƏBİYYAT.

1. Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)

2. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008, 2009-2013, 2014-2018.2019-2023)

3. Doç.Dr. Osman Nuri Aras, E.Süleymanov. Azərbaycan iqtisadiyyatı.Bakı 2010

4. İ.Rzayev. Azərbaycan Respublikası regionlarının davamlı sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və gələcək perspektivlər. Bakı 2010

5. İ.M.Mahmudova, M.M.Mahmudov. Regionların sosoial-iqtisadi inkisafının tənzimlənməsi. Bakı 2011.

6. G.Əzizova. Azərbaycanın əmək bazarı: problemlər, perspektivlər .Bakı 2010

7. https://www.stat.gov.az/menu/13/

8. https://az.wikipedia.org/wiki/%C4%B0%C5%9Fsizlik

9. https://economy.gov.az//uploads/fm/files/diger/2019_6%20ay%20Regional%20DP%20aray %C4%B1%C5%9F_27.07.2019.pdf

Amil MƏHƏRRƏMOV,

professor, Bakı Dövlət Universiteti

Murad AĞAYEV,

Bakalavr, Bakı Dövlət Universiteti

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2026.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!