Yaşıl texnologiyaların tətbiqini sürətləndirən vergi təşviqləri

2024-11-26 | İqtisadiyyat | 222

Ölkəmizin yeni inkişaf strategiyasında prioritetlər sırasında “Yaşıl artım ölkəsi” və “Təmiz ətraf mühit”, “Yaşıl enerji məkanı” konsepsiyalarının formalaşdırılması xüsusi yer alır. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində mühüm təşəbbüslər reallaşdırılır. Yaşıllıqların sürətli bərpası və artırılması, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə ciddi şəkildə təşviq edilir.

Təbii ki, iqtisadi artımın ekoloji mühitin qorunması şərtləri çərçivəsində həyata keçirilməsi də xüsusi diqqətdə saxlanılır. Qabaqcıl ölkələrdə olduğu kimi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə artırılır. Bunu nəzərə alaraq, ölkədə enerjinin səmərəli istifadəsinə və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilir. Bu baxımdan ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərən ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə stimullaşdırılır.

İqtisadi artımın ekoloji mühitin qorunması şərtləri çərçivəsində həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır

“Yaşıl” texnologiyaların tətbiqi istiqamətində effektiv təşviqlər

Bütün prioritetlər nəzərə alınmaqla ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrindən istifadənin artırılması istiqamətində qanunvericilik bazası təkmilləşdirilir. Bu islahatların davamı kimi oktyabrın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə, yəni 2027-ci il yanvarın 1-dək uzadılıb. Bu güzəşt “yaşıl” texnologiyalardan istifadənin genişlənməsinə, daha sağlam və təmiz mühitin yaradılmasına xidmət edir.

Bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda karbon izinin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir

Bütün bunlarla yanaşı, bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda karbon izinin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir. Ötən ay Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən, 30-dan çox ölkənin aparıcı vergi mütəxəssislərini bir araya gətirən Karbon Qiymətqoyma Forumu da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Belə ki, Forum qabaqcıl təcrübələrin müzakirəsi və mənimsənilməsi, o cümlədən yeni əməkdaşlıqların formalaşması üçün əhəmiyyətli platforma oldu. Ölkəmizdə belə bir mötəbər tədbirin təşkili iqtisadi çağırışların həllində vergi siyasətinin rolunun artırılması üzrə yerli təcrübənin təkmilləşməsi üçün faydalı fürsətə çevrildi. Yeri gəlmişklən, Dövlət Vergi Xidməti mütəmadi olaraq karbon vergisi, Emissiya Ticarət Sistemi və digər karbon qiymətləndirmə alətlərinin tətbiqi mexanizmləri və digər məsələlər ilə bağlı beynəlxalq təcrübələri öyrənir. Vergi sistemi iqtisadi islahatların həyata keçirilməsində fəal iştirakçı kimi təmsil edilir.

Dövlət Vergi Xidməti mütəmadi olaraq karbon vergisi, Emissiya Ticarət Sistemi və digər karbon qiymətləndirmə alətlərinin tətbiqi mexanizmləri və digər məsələlər ilə bağlı beynəlxalq təcrübələri öyrənir

Təmiz enerjidən istifadə iqtisadi artıma təkan verir

Hazırda dünya ölkələrində təmiz enerjinin qlobal enerji sistemində rolu artır və bu, yeni təmiz enerji iqtisadiyyatının yaranmasını sürətləndirir. 2023-cü ildə dünya elektrik sisteminə əlavə edilən yeni tutumların təxminən 80 faizini təmiz enerji mənbələrindən alınmış elektrik təşkil edib və qlobal miqyasda satılan təxminən beş avtomobildən biri elektrik funksiyasına malik olub. Eyni zamanda, təmiz enerji istehsalına qlobal investisiyalar sürətlə artır. Bu sahədə məşğulluq göstəriciləri də qalıq yanacaqlar sahəsində olan indikatorları üstələməkdə davam edir. 2023-cü ildə təmiz enerji qlobal ÜDM artımının 10 faizini təşkil edib. Beynəlxalq Enerji Agentliyinin saytında dərc edilmiş təhlilin nəticələrinə görə, 2023-cü ildə təmiz enerji dünya iqtisadiyyatına təxminən 320 milyard ABŞ dolları dəyərində töhfə verib. Bu qiymətləndirmə təmiz enerji sektorunda fəaliyyətin üç kateqoriyasının təhlilinə əsaslanır. Bunlar təmiz enerji texnologiyalarının istehsalı: günəş PV, külək enerjisi və batareya istehsalı üçün dəyər zəncirlərini əhatə edən təmiz enerji istehsalına investisiya, təmiz enerji potensialının tətbiqi; günəş PV, külək enerjisi, nüvə enerjisi və akkumulyator anbarı kimi təmiz elektrik enerjisi istehsal potensialının tətbiqinə və elektrik şəbəkələrinə investisiya, təmiz avadanlıq satışı; elektrik avtomobillərinin və istilik nasoslarının satışından ibarətdir. Beynəlxalq Enerji Agentliyi tərəfindən ilkin və ikinci dərəcəli mənbələrdən toplanmış və işlənmiş layihə üzrə ətraflı məlumatlara əsasən, ABŞ, Avropa İttifaqı ölkələri, Çin və Hindistanda təmiz enerji sektoru 2023-cü ildə iqtisadiyyat üzrə ümumi investisiya artımında əhəmiyyətli paya sahib olaraq Çində ümumi investisiyanın artımının 50 faizini, ABŞ-da isə 20 faizini təmin edib. Qlobal səviyyədə isə 2023-cü ildə təmiz enerji texnologiyası istehsalına təxminən 200 milyard ABŞ dolları sərmayə qoyulub ki, bu da əvvəlki illə müqayisədə 75 faiz artım deməkdir. Nəticələr göstərir ki, təmiz enerji bazarı nəinki sürətlə inkişaf edir, həm də artıq güclü iqtisadi alətə çevrilib. Enerji keçidləri irəlilədikcə təmiz enerjinin qlobal iqtisadiyyat üçün əhəmiyyəti daha da artacaq və bu da ölkələrin enerji transformasiyasını təmin etmək üçün yeni mexanizmlərin tətbiqini sürətləndirəcək.

Gülay NƏBİYEVA

Mənbə: https://vergiler.az/news/article/32282.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!