Əlavə xərclər malların maya dəyərinə aid edilirmi?

2022-05-08 | Vergilər | 2489

Müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimələri, dəbbə pulunu, faiz xərclərini bu xərclərin yaranmasına səbəb olan mallar alınarkən və ya idxal edilərkən həmin malların maya dəyərinə aid etmək olarmı? Suala “vergiler.az” üçün iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Müəssisələr bəzən mal alarkən və ya idxal edərkən normal işgüzar adətdən fərqli olaraq nəzərdə tutulmayan, normadan artıq xərc yaranır. Məsələn, tutaq ki, “AA” MMC Türkiyədən 50.000 manatlıq mal idxal edir və həmin malın ölkəyə daşınması ilə bağlı beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisəyə müqavilə üzrə 5.000 manat ödəniş etməlidir. Malları idxal edən “AA” MMC hər hansı səbəbdən daşıma müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün (məsələn, ödənişi vaxtında etmədiyi üçün) beynəlxalq daşıma müəssisəsi müqaviləyə əsasən 3.000 manat məbləğində dəbbə pulu (penya, cərimə) hesablayıb və “AA” MMC həm 5.000 manat daşıma xərcini, həm də 3.000 manat dəbbə pulunu beynəlxalq daşıma müəssisəsinə ödəyib. Bu halda 3.000 manat dəbbə pulunu müəssisə öz uçotunda necə əks etdirəcək? Müəssisə ödədiyi dəbbə pulunu idxal edilən malın maya dəyərinə aid edə bilərmi?

Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, daşınması və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Bizim göstərdiyimiz misalda 5.000 manat daşıma xərci malın maya dəyərinə aid edilir. Təcrübədə bəzən rastlaşırıq ki, bəzi mütəxəssislər 3.000 manat dəbbə pulu idxal edilən mal ilə bağlı yarandığına görə həmin məbləği də malın maya dəyərinə aid edirlər.

Əvvəlcə aydınlaşdırmalıyıq ki, malı idxal edən müəssisənin öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə ödədiyi dəbbə pulu, ümumiyyətlə, gəlirdən çıxılırmı? Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən, mülki hüquq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilən faizlər, dəbbə pulu müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Vergi Məcəlləsinin 143-cü maddəsində isə göstərilir ki, vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər aktivlərin dəyərinə aid edilmir. Həmçinin, “Ehtiyatlar” adlı 2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən, normadan artıq sərf edilən xərclər malların dəyərinə aid edilmir.

Beləliklə, müəssisənin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün və ya qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda tətbiq edilən cərimə, dəbbə pulu, penya, faiz, habelə həmin məhsulların satışı üçün çəkilmiş satış xərcləri, saxlama (anbar) xərcləri malların alışı və idxalı ilə birbaşa bağlı olsa belə, həmin xərclər malların maya dəyərinə aid edilmir və dövrün birbaşa gəlirdən çıxılan xərclərinə aid edilir.

Mənbə: https://vergiler.az/news/taxes/17968.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!