Hansı elektron qaimə-fakturanın sistem tərəfindən təsdiqlənməsi 5 gün ərzində və ya avtomatik həyata keçirmir?

2022-03-25 | Vergilər | 2620

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilən “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.5-ci bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri aşağıdakılardır:

- malların qaytarılması barədə;

- malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən;

- Agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə;

- bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən

Mİsal. Vergi ödəyicisi 10 iyun 2022-ci il tarixdə 30 ədəd malların qaytarılması ilə bağlı qaimə-faktura təqdim edib. Qarşı tərəf 31 iyun 2022-ci il tarixdə həmin elektron qaimə-fakturanı təsdiq etməzsə, o zaman 1 iyul 2022-ci il tarixdə qeyd edilən proqram təminatı tərəfindən ləğv ediləcək.

Mənbə: http://www.mks.az/taxes/trainings/item/12345-hans%C4%B1-elektron-qaim%C9%99-fakturan%C4%B1n-sistem-t%C9%99r%C9%99find%C9%99n-t%C9%99sdiql%C9%99nm%C9%99si-5-g%C3%BCn-%C9%99rzind%C9%99-v%C9%99-ya-avtomatik-h%C9%99yata-ke%C3%A7irmir.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!