Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-yə keçid üçün 12 aylıq dövriyyəni daxil olan pul vəsaitinə görə müəyyən etməlidir?

2021-09-15 | Vergilər | 2086

Bəzi vergi ödəyiciləri hesab edirlər ki, adətən sadələşdirilmiş vergi bəyannaməsində daxil olan vəsaitdən vergi verildiyi üçün, ardıcıl 12 aylıq dövrdə də həmin dövr üzrə daxilolmalar əsas götürülür.

Vergi qanunvericiliyində qeyd olunur ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV ödəyicisi sayılırlar. Bu məsələ ilə bağlı iki vacib məqam var.

Mİsal 1. Sadələşdirimiş vergi ödəyicisi olan, istehsal sferasında çalışan fərdi sahibkarın hesabına iyun ayında 30 000 manat daxil olub. Bundan sonra ardıcıl 12 aylıq daxilolmalar 200 000 manatı keçərək 204 000 manat təşkil edib. Amma müəyyən olunub ki, daxil olan vəsaitin 5 000 manatı avans ödənişidir. Bu zaman fərdi sahibkarın məcburi ƏDV qeydiyyatına durmasına ehtiyac qalmır, çünki ardıcıl 12 ayda vergi tutulan əməliyyatlarının həcmi 199 000 manat (204 000 manat – 5000 manat) olub.

Mİsal 2. Xidmət sahəsində fəaliyyət göstərən “A” MMC-nin ardıcıl 12 ay üzrə təqdim etdiyi xidmətlərin məbləği 2019-cu ilin avqust ayında 210 000 manat olsa da, sentyabr 2018- avqust 2019-cu il dövr üzrə daxil olan vəsaitlərin məbləği 180 000 manat təşkil edib. Buna səbəb təqdim olunan 30 000 manatlıq mallara görə ödənişin daxil olmamasıdır. Bu halda vergi ödəyicisi 1 sentyabr 2019-cu il tarixdən etibarən ƏDV qeydiyyatı üçün ərizə təqdim etməlidir.

Bir məsələni də qeyd edək ki, sadələşdirilmiş vergi bəyannaməsində aylar üzrə hesabatda təqdim edilmiş mallar və (və ya) görülən iş və xidmətlərin məbləği qeyd olunur və vergi orqanı AVİS proqram təminatı ilə prosesə nəzarəti həyata keçirir.

Mənbə: http://www.mks.az/taxes/trainings/item/11917-sad%C9%99l%C9%99%C5%9Fdirilmi%C5%9F-vergi-%C3%B6d%C9%99yicisi-%C9%99dv-y%C9%99-ke%C3%A7id-%C3%BC%C3%A7%C3%BCn-12-ayl%C4%B1q-d%C3%B6vriyy%C9%99ni-daxil-olan-pul-v%C9%99saitin%C9%99-g%C3%B6r%C9%99-m%C3%BC%C9%99yy%C9%99n-etm%C9%99lidir.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!