Ümidsiz borcların gəlirdən çıxılmasına hansı hallarda icazə verilir?

2020-09-07 | Vergilər | 2427

Vergi ödəyicisi ümidsiz borcu silmək üçün mütləq olaraq onu gəlir kimi tanımalıdır. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə olunan ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Məcəllənin 111.2-ci maddəsində isə qeyd edilib ki, ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Misal 1:

Tutaq ki, "AA" MMC qarşı tərəfə 20.000 manatlıq mal təqdim edib. Vergi ödəyicisi hesablama metodu ilə işlədiyi üçün həmin malların təqdim olunmasını gəlir kimi tanıyıb və vergi bəyannamələrində qeyd edib. Qarşı tərəf həmin məbləği ödəyə bilməsə, 20.000 manatı ümidsiz borc kimi silə bilər.

Misal 2:

Tutaq ki, "AA" MMC kassa metodunu tətbiq etdiyi üçün 10.000 manatlıq malın dəyəri ödənilmədiyindən həmin satışı gəlir kimi tanımayıb. Alıcı təşkilat müflis olduğu üçün malların dəyərini ödəmək imkanı yoxdur. Bu halda, vergi ödəyicisi həmin 20.000 manatı gəlir kimi tanımadığı üçün ümidsiz borcu gəlirdən çıxılan xərcə daxil edə bilməz.

Vergi ödəyicisi qarşı tərəfin "ödəmək imkanım yoxdur" fikrinə əsasən debitor borcunu ümidsiz borc kimi gəlirdən çıxılan xərclərə aid edə bilməz. Ümidsiz borcun tanınması üçün müəyyən prosedurlar həyata keçirilməlidir.

Ümidsiz borcun tanınması üçün iddia müddəti gözlənilməlidir

İddia müddətləri Mülki Məcəllə ilə tənzimlənir. Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Mülki Məcəlləyə əsasən, tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə gəlirdən çıxılan və çıxılmayan xərclər nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. İddia müddəti məsələsində incə məqam həmin müddətin müqavilədə qeyd olunmasıdır. Mülki qanunvericilikdə qeyd edilir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası Mülki Məcəllə ilə müəyyənləşdirilir. Əgər tərəflər arasındakı anlaşılmazlıq məhkəmə qaydasında mübahisələndirilsə və məhkəmə borcun alıcı tərəfindən ödənilməsinə qərar versə, o halda satıcı tərəf bunu ümidsiz borc kimi tanıya bilməz. Ancaq alıcı tərəfin müflisləşməsi və ya digər səbəblərdən ödəmə qabiliyyətinin olmaması barədə məhkəmə qərar verərsə, bu zaman həmin məbləğ ümidsiz borc kimi silinə bilər.

İddia müddəti keçmiş kreditor borcu gəlir sayılır

Ümidsiz borclarla bağlı daha bir maraqlı məqam iddia müddəti keçən məbləğlərlə bağlıdır. Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, satışdankənar gəlirlərə qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor borc məbləğləri daxildir.

Misal:

Tutaq ki, "AA" MMC-nin qarşı tərəfə hər hansı borcu var, amma malları satan tərəf həmin borcu tələb etmədiyindən mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də keçmiş hesab olunur. Bu zaman "AA" MMC həmin iddia müddəti keçmiş kredit borcunu satışdankənar gəlirlərinə daxil edərək bəyannamə təqdim etməlidir. Qeyd edək ki, Mülki Məcəllənin 551-ci maddəsinə əsasən, bu məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

Aşağıdakı tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir:

  • kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;
  • ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər;
  • zavod tikintisi, mal satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri.

Məhkəmə qərarına əsasən, əmələ gələn tələb isə 30 il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

Ümidsiz borc yalnız mühasibat kitablarında ümidsiz borc məbləği kimi qeyd edildikdə silinir. Bu o anlama gəlir ki, vergi ödəyicisi gəlir və xərclərinin uçotunu aparmadıqda, yəni mühasibat kitablarında ümidsiz borc məbləğini qeyd etmədikdə onun gəlirdən çıxılmasına icazə verilmir. Vergi ödəyicisinin ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilə bilər.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/10122.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!