İcarə haqqından gəlir vergisinin hesablanması

2020-09-07 | Vergilər | 324

Vergi Məcəlləsinin 124-cü maddəsinin tətbiqində əsas məqsəd daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlirlərin hansı formada vergiyə cəlb olunduğunu müəyyən etməkdir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 124.1-ci maddəsində göstərilir ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq vergini 14 faiz dərəcə ilə özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün hüquqi şəxslərə (rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə) ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur.

Misal 1:

Fərz edək ki, A fiziki şəxs icarəyə verən, B fiziki şəxs isə icarəyə götürəndir (icarəçi). Bu halda, Vergi Məcəlləsinin 124.1-ci maddəsinin tələblərini rəhbər tutaraq və fiziki şəxslərin vergi statusundan asılı olaraq aşağıdakı mümkün halları nəzərdən keçirək: 1. A və B fiziki şəxslərinin heç biri vergi ödəyicisi deyil.

Bu halda, Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, icarəyə verən özü vergi uçotuna durur və illik gəlir vergisi bəyannaməsi təqdim edir.

2. A vergi ödəyicisi deyildir, B isə vergi ödəyicisidir.

Bu halda, A fiziki şəxsin vergi uçotuna durmasına və hər hansı bəyannamə verməsinə ehtiyac yoxdur. Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, A fiziki şəxsin icarə gəlirindən vergini ödəmək B fiziki şəxsin vəzifəsinə aid edilmişdir.

3. A və B fiziki şəxslərin hər ikisi vergi ödəyicisidir.

Bu halda da A fiziki şəxsin vergi ödəyicisi olmasına baxmayaraq, icarə gəlirindən mənbədə tutulmaqla vergini ödəmək vəzifəsi sahibkarın – B fiziki şəxsin üzərinə qoyulmuşdur. A fiziki şəxsi öz bəyannaməsində bu məbləği icarə gəliri kimi göstərir, lakin bu gəlirdən heç bir vergi ödəmir.

4. A vergi ödəyicisidir, B isə vergi ödəyicisi deyil.

Bu halda, icarə gəlirindən vergini A fiziki şəxsi özü ödəyir və Vergi Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq müvafiq bəyannaməni vergi orqanlarına təqdim edir.

Misal 2:

Fiziki şəxs özünə məxsus yaşayış evini ayda 200 manata hüquqi şəxsə icarəyə vermişdir. Hüquqi şəxs icarə haqqından 14 faiz, yəni 28 manat ödəmə mənbəyində vergi tutur və fiziki şəxsə ayda 172 manat ödəyir. Fiziki şəxsin bu gəliri bir daha vergiyə cəlb olunmur. Fiziki şəxs həmin evi vergi ödəyicisi olmayan şəxsə (tələbəyə, digər kirayəçiyə) 200 manata icarəyə verdikdə ondan ödəmə mənbəyində vergi tutulmur. Yəni icarəçi vergi ödəyicisi olmadığından ödəmə mənbəyində icarə haqqından vergi tutmur. Bu halda, icarə haqqı alan fıziki şəxs özü vergi orqanında vergi uçotuna alınaraq əldə etdiyi gəlirdən aylıq 28 manat (200 x 14% = 28 manat) olmaqla illik 336 manat (28 x 12 = 336 manat) gəlir vergisi hesablamalı və hesabat ilindən sonra mart ayının 31-dən gec olmayaraq vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Misal 3:

2020-ci ilin əvvəlində A müəssisəsi aylıq 3.000 manat olmaqla binasını B müəssisəsinə icarəyə vermişdir. Bu halda, B müəssisəsi aylıq 3.000 manat icarə haqqını A müəssisəsinə ödəyir və mənbədə heç bir vergi tutmur. A müəssisəsi illik icarə haqqı məbləğini (3000 x 12 = 36.000) 2020-ci ilin mənfəət vergisi bəyannaməsinə daxil edərək mənfəət vergisinə cəlb etməlidir.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/10086.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!