Malların alışının mühasibat uçotunda əks etdirilməsi.

2015-10-08 | Mühasibat uçotu | 5867

Mallar müəssisənin ehtiyatları sayılır və gələcəkdə satılmaq üçün başqa fiziki və hüquqi şəxslərdən alınır.

Malların daxil olması zamanı "Təhvil-təslim Aktı" tərtib edilir. Əgər malların miqdarı və keyfiyyəti Qaimə-fakturada olanlar ilə üst-üstə gəlmirsə, o zaman, əlavə olaraq "Kənarlaşma haqqında Akt" tərtib edilir.

Satış üçün əldə edilmiş mal-material qiymətlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün 41 N-li "Mallar" hesabı nəzərdə tutulmuşdur. Bu hesabdan əsasən təchizat, satış və ticarət, habelə ictimai iaşə müəssisələri istifadə edirlər.

Müəssisə satmaq üçün digər fiziki və hüquqi şəxslərdən aldığı malları alış və ya satış qiyməti ilə uçota ala bilər. Alış qiyməti ilə uçota alındıqda mallar faktiki qiymətləri ilə uçota alınır (41-ci hesabda "Mallar"). Satış qiyməti ilə uçota alındıqda isə mallar satış dəyəri ilə uçota alınır (42-ci "Ticarət əlavəsi hesabından istifadə etməklə"). Mallar satış qiymətləri ilə uçota alınan zaman alış dəyəri ilə satış qiymətləri arasındakı fərq (güzəştlər, üstəliklər) 42 N -li "Ticarət əlavəsi" hesabında ayrıca əks etdirilir. Malların tədarükü və daşınması üzrə xərclər 44 N-li "Tədavül xərcləri" hesabında uçota alınır.

41 N-li "Mallar" hesabı üzrə aşağıdakı subhesablar açıla bilər:

41.1 "Anbarlarda olan mallar"
41.2 "Pərakəndə ticarətdə olan mallar"
41.3 "Dolu və boş taralar"
41.4 "Satınalınan məmulatlar"
41.5 "Kirayə əşyaları" və başqaları.

41.1 "Anbarlarda olan mallar" subhesabında topdansatış və bölüşdürücü bazalarda, anbarlarda, ictimai iaşə müəssisələrinin anbarlarında, tərəvəz anbarlarında, soyuducularda və s. olan mal ehtiyatlarının mövcudluğu və hərəkəti uçota alınır.

41.2 "Pərakəndə ticarətdə olan mallar" subhesabında pərakəndə ticarət müəssisələrində (mağazalarda, çadırlarda, dükanlarda, köşklərdə və s.) və ictimai iaşə müəssisələrinin bufetlərində olanmalların mövcudluğu və hərəkəti uçota alınır. Bu subhesabda həm də pərakəndə ticarət müəssisələrində və ictimai iaşə müəssisələrinin bufetlərində olan şüşə qabların (butulkalar, bankalar və s.) mövcudluğu və hərəkəti uçota alınır.

41.3 "Dolu və boş taralar" subhesabında dolu və boş taraların (pərakəndə ticarət müəssisələrində və ictimai iaşə müəssisələrinin bufetlərində olan şüşə qablardan başqa) mövcudluğu və hərəkti uçota alınır.

41.4 "Satınalınan məmulatlar" subhesabında 41 N-li "Mallar" hesabından istifadə edən sənaye və digər istehsal müəssisələri malların mövcudluğu və hərəkətini (istehsal ehtiyatlarının uçotu üçün nəzərdə tutulan qaydaya uyğun olaraq) uçota alırlar.

41.5 "Kirayə əşyaları" subhesabında kirayə əşyalarının mövcudlğu və hərəkətinin uçotu aparılır. Kirayə əşyaların köhnəlməsi 13 N -li "Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi" hesabında uçota alınır.

Satış üçün əldə edilmiş malların uçotu üzrə müxabirləşmələr seçilmiş üsuldan asılı olaraq aşağıdakı cədvəldə verilmişdir:

N Əməliyyatın məzmunu Debet Kredit
1    Alış qiyməti ilə uçota alındıqda
1.1 Mallar alış qiyməti ilə mədaxil edilir 41 60
1.2 Nəqliyyat xərcləri hesablanıb 41(44) 60
1.3 Alınmış mallar və nəqliyyat xərcləri üzrə ƏDV hesablanıb 19 60
2    Satış qiyməti ilə uçota alındıqda
2.1 Mallar alış qiyməti ilə mədaxil edilir 41 60
2.2 Nəqliyyat xərcləri hesablanıb 41(44) 60
2.3 Ticarət əlavəsi müəyyən edilir 41 42
2.4 Alınmış mallar və nəqliyyat xərcləri üzrə ƏDV hesablanır 41(44) 60

Mənbə: www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!